Arıların zərərvericilərindən olan mum güvəsi və ona qarşı aparılan mübarizə tədbirləri
2020-07-01 00:00:00
Bir çox arı pətəyində rast gəlinən və arıçılıq təsərrüfatlarının ən ciddi zərərveri¬cilərindən biri də mum güvəsi "Qalleria mellonella" hesab olunur. Mum güvəsi həşəratların gecə kəpənəklərinə aiddir. Bu arıçılıq üçün çox qorxulu parazitdir. Mum güvəsi pətəkdəki şanları korlayır, ehtiyat şan və mum xammalını korlayır və arı ailələrini zəiflədir.
Mum güvəsi böyük və kiçik mum güvələrinə bölünür.
Böyük mum güvəsi. Böyük mum güvəsi Qalleria mellonella gecə kəpənəklərinə aid olub, uzunluğu 20 mm, qanadlarını açdıqda isə eni 30-35 mm-dir. Qabaq qanadları boz kül və arxa ucuna tərəfi sarı-qonur, arxa qanadları isə açıq-boz və uclarına tərəfi tutqun rəngdə olur.
Kəpənəyin başında böyük faset gözləri, 60 buğumdan ibarət zərif asanlıqla hərəkət edən və qatlanan 2 cüt bığları vardır. Ağız orqanları tam inkişaf etmişdir. Bədəninin aşağı hissəsini yüngülcə sıxdıqda erkəklərində kopulyasiya orqanı, dişisində isə yumurtalıqlar xaricə çıxır. Erkəyi dişisindən kiçik olur.
Aşağı temperatur güvənin inkişafını ləngidir. 10°C temperaturda inkişafı dayanır, mənfi temperaturada bütün inkişaf mərhələlərində məhv olur. Belə ki,-9° C -də bütün inkişaf mərhələsində 2 saata, - 10° C-də 1 saat 30 dəqiqəyə, - 15° C -də 45 dəqiqəyə məhv olur.
Kiçik mum güvəsi. Kiçik mum güvəsinin dişisinin uzunluğu 11 mm, erkəyinin isə 9 mm-dir. Onlar boz-qonur rəngli olurlar. Qabaq qanadları ensiz, arxa qanadları isə enli və gödək olur.
Mum güvəsi ildə 2-3 bəzən 4 nəsil verə bilir. Nəzəri cəhətdən bir cüt mum güvəsindən il ərzində bir milyarda kimi güvə yetişir. Güvənin hər bir tırtılı 0,4 q mum israf edir. Beləliklə nəzəri cəhətdən bir milyard tırtıl il ərzində 250 ton mum itkisinə səbəb olur. Lakin güvənin belə sürətlə çoxalmasına müxtəlif maneələr olduğuna görə onun inkişafı ləngiyir.
Güvənin arıçılığa vurduğu ziyan olduqca böyükdür. Güvə şanın içərisində açdığı yol boyunca arı sürfələrini də zədələyir. Güvə ehtiyat halında saxlanılan mum və vərəmum xammalını da zay edir. Mum güvəsi eyni zamanda müxtəlif infeksion xəstəliklərin törədicilərini yayır.
Mübarizə tədbirləri. Mum güvəsi ilə mübarizə həm arıxanada, həm də şan və mum saxlanan anbarlarda aparılmalıdır. Arıxanada arı ailələri tez-tez mum güvəsinə görə yoxlanılır və yuvada güvə məhv edilir, pətəklər təmizlənir. Hər il şanın yarısı dəyişdirilməlidir. Çünki güvə əsasən köhnə şanlarda inkişaf edir.
Anbarda saxlanan şan və mum xammalında mum güvəsi olduqda aşağıdakı tədbirlər aparılır. Ciddi zədələnmiş şanlar və bütün müm xammalı müm üçün əridilir. Zədələnməmiş, yaxud da az zədələnib sonralar istifadə edilə bilən şanlar dezinseksiya edilir. Dezinseksiyanı aşağı temperaturda da aparmaq olar. Belə ki, -10°-də 1 saat 30 dəqiqə ərzində mum güvəsi bütün inkişaf mərhələlərində məhv olurlar.
Mum güvəsi ilə mübarizə aparmaq üçün 80%-li sirkə turşusundan və kükürd qazından istifadə edilir. Şanları kükürd qazı ilə dezinseksiya etmək üçün pətək gövdələrindən istifadə edilir. Aşağıdakı gövdə boş olur, onun içərisinə dəmir qabda kömür yandırılır və üstünə hər bir şan dolusu gövdə üçün 15-20 q hesabı ilə kükürd tökülür. Kükürd alışdıqdan sonra birinci gövdənin üzərinə içərisinə çərçivəli şan yığılmış başqa gövdələr qoyulur, üstdəki gövdə qapaqla möhkəm bağlanır, bir sutkadan sonra şanlar dezinfeksiya olunur.
Mum güvəsi ilə mübarizədə qaraqınıx, is¬tiot nanəsi, dağ tərxunu, mayaotu, tütün yarpağı və yunan qozu yarpağı da istifadə edilir. Bu bitkiləri canlı naftalin də adlandırırlar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır