Pambıq sovkasının ikinci nəslinə qarşı bioloji mübarizə tədbirləri aparılıb
2020-07-04 00:00:00
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri də pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ekspertiza Labaratoriya və Sertifikatlaşdırma mərkəzinin Bioloyi Agentlərin istehsalı şöbəsi tətəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının ikinci nəslinə qarşı mübarizə tədbirləri aparılıb. Belə ki, Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən pambıq əkinlərində aparılan müşahidələrə əsasən pambıq sovkasının ikinci nəslinin yumurtasına qarşı iki dəfə trixoqramma ilə Ağdam rayonunda 1400 hektar, Ağcabədi rayonunda 1600 hektar, Beyləqan rayonunda 2000 hektar, Tərtər rayonunda 380 hektar, İmişli rayonunda 1180 hektar, Sabirabad rayonunda 1700 hektar, Saatlı rayonunda 600 hektar, Biləsuvar rayonunda 1000 hektar, Cəlilabad rayonunda 116 hektar, Zərdab rayonunda 1300 hektar, ümumilikdə 11276 hektar sahədə bioloji mübarizə tədbirləri həyata keçirilmişdir. Həmcinin, Saatlı rayonunda qarğıdalı əkinlərində də pambıq sovkasının birinci və ikinci nəslinin yumurtalarına qarşı trixoqramma ilə mübarizə aparılmışdır. Səmərəlilik orta hesabla 57-60 % təşkil etmişdir.
Bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Aqrar Xidmətlər Agentliyinin Ekspertiza Labaratoriya və Sertifikatlaşdırma mərkəzinin Bioloyi Agentlərin istehsalı şöbəsində çoxaldılır və tarlalara buraxılır. Buna görə də çoxaldıldığı laboratoriyanın temperatur və rütubət şəraiti təbiətdəkinə uyğunlaşdırılıb.
Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur.
Tüfeylinin hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərzində başa çatır.
Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üç dəfə trixoqrammanın tətbiqi nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.
Trixoqrama vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılması, məhsulun maya dəyərinin aşağı salınması, keyfiyyətli və təhlükəsiz məhsul əldə olunmasıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır