Şabranda xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin A, O tiplərinə qarşı peyvəndləmə tədbirləri aparılır
2020-08-05 00:00:00
Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) rayonlar üzrə baytarlıq xidməti sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri davam etdirilib.
Hazırda Şabranda görülən işlər sayəsində rayondakı təsərrüfatlarda hər hansı bir xəstəliyin, epidemiyanın yaranmasına təsadüf edilmir. Elə buna görə də rayonda istehsal olunan heyvandarlıq məhsulları öz keyfiyyəti ilə alıcıların rəğbətini qazanır. Tələbatın çoxalması isə istehsalın artmasına və bu sahənin inkişafına stimul yaradır. Eləcə də aparılan tədbirlər sayəsində rayonda epizootik sabitlik qorunub saxlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, bu sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Şabran rayonunda da “Soyuq zəncir” rejimi gözlənilməklə 11 sahə baytarlıq məntəqəsində peyvəndləmə tədbiri aparılır. Dövlət vəsaiti hesabına alınan, üzərində qırmızı hərflərlə “SATILA BİLMƏZ” yazılan peyvənd vasitələri həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
2020-ci ilin əvvəlindən indiyə kimi Şabran rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərdən olan iribuynuzlu heyvanların qarayarası, infeksion nodulyar dermatiti, dabağı, bruselyozu, leptospirozu, xırdabuynuzlu heyvanların dabağı, qarayarası, bruselyozu, çiçəyi, təkdırnaqlı heyvanların qarayarası, itlərin quduzluğu və quşların nyukasl xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır.
Cari ilin 7 ayı ərsində rayonun ayrı-ayrı təsərrüfatlarında 22815 baş iribuynuzlu, 46094 baş xırdabuynuzlu, 1109 baş təkdırnaqlı heyvanda qarayara, 2096 baş itdə və 2100 baş vəhşi heyvanda (oral yolla) quduzluq, 38087 baş xırdabuynuzlu heyvanda çiçək, 25288 baş iribuynuzlu və 23135 baş xırdabuynulu heyvanlarda dabaq, 25000 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 367 baş iribuynuzlu heyvanda leptespiroz, 93 baş iribuynuzlu emkar, 12907 baş iribuynuzlu heyvanda (Şt-19 ştammı ilə), 38954 baş xırdabuynuzlu heyvanda (Rev-1 ştammı ilə) bruselyoz, 197783 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) və 197538 baş ev quşlarında nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Həmçinin iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə 40 baş heyvandan qan nümunəsi götürülərək, seroloji müayinəsi məqsədi ilə Quba Regional Sınaq Laboratoriyasına göndərilib.
Peyvəndləmə ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Belə ki, cari ilin 7 ayı ərzində Şabran rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 362 obyektin 18165 kvadratmetr sahəsi dərmanlanıb.
Hazırda Şabran rayonunda xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin A, O tiplərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Eləcə də ilin sonuna kimi cavan heyvanlar arasında revaksinasiya tədbirlərinin icrasının təmin olunması nəzərdə tutulur.
Hazırda kollektivin qarşısında duran əsas vəzifə bundan sonra da görülməsi nəzərdə tutulan işlərin vaxtlı-vaxtında həyata keçirilməsidir.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına və xüsusi karantin rejiminin tələblərinə uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərilməsi, heyvanların günvurma və istivurmadan qorunması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Məlumat üçün onu da qeyd edək ki, rayon (şəhər) baytarlıq idarələri lazimi miqdarda bioloji və dərman preparatlarla təmin olunmaqla, peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilməklə, +2÷+8 °C-də temperatur rejimində saxlayan termoçamadanlar vasitəsi ilə sahələrə çatdırılmaqla heyvanlara tətbiq edilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır