Quşları taxtabitilərindən necə qorumalı?-Fermerlərə tövsiyə
2020-08-10 00:00:00
Qeyd edək k, taxtabitilər (cimex lectularius)- qanadsız qansoran həşəratlardır. Adətən taxtabitilər quşlara gecələr, lakin uzun müddət ac qaldıqda gündüzdə hücum edirlər. Onlarda hiss etmə qabiliyyəti yüksək inkişaf edibdir, quşların olmasını 10 m-də hiss edirlər. Dişi və erkək parazitlər qan sorurlar. Yaşlı taxtabitilər 5-15 dəqiqə qan sorurlar, sürfələrdə bu 2 dəqiqədir. Yataq taxtabitisi həyatı boyu 3 l-ə qədər qan sorur. Onlar qidasız 6 aya qədər, sürfələr isə 1,5 il qala bilirlər. Dişi parazit həyatı boyu 500-ə qədər yumurta qoyur, sonra onlardan sürfələr çıxır. Yumurta ağ rəngdə, oval formada olmaqla adi gözlə görünürlər. Xarici mühitdə 45 gün yaşayırlar.
Dişi taxtabiti hər 46 saatdan bir 20 ədəd yumurta qoyur və 7-9 gündən sonra onlardan sürfələr çıxır. Normal qidalanma şəraitində və optimal temperaturda (25-30°C) hər bir sürfə 2-9 gün müddətində 5 dəfə dəyişərək cinsi yetişkən həşərata çevrilir. Hər növbəti stadiyadan əvvəl qansorma aktı baş verir.
Taxtabitilər toyuqlarda, hinduşkalarda, sesarkalarda, göyərçinlərdə, qaranquşlarda parazitlik edirlər. Parazitlər insanların yaşayış yerlərində- evlərində olurlar. Onların yoluxucu xəstəliklərin daşıyıcısı olmaları sübut olunsa da insanlara yoluxdurma faktlarına rast gəlinməyib. Lakin qansoran olmaları insanlarda rahatsız hal yaradır, qaşınma verir və bəzən allergik simptomlara səbəb olur.
Epizootologiyası. Taxtabitilər quş binalarına xidmətçilərin paltarı, xidmət əşyaları, tara və s. vasitəsilə gətirilirlər. Onlar bir binadan digərinə keçə bilirlər. Binaya düşən taxtabitilər tezliklə çoxalaraq taxtaların altına, divar və sütunların çatlarına, plintusların altına, yuvaların aşağı mərtəbələrinə toplanırlar. İlin isti vaxtlarında onlar çox olurlar. Taxtabitilərdən ən çox əziyyət çəkən cavanlardır. Taxtabitilər quşları dişləməklə onları zəhərli tüpürcəklə zəhərləyirlər, nəticədə anemiya inkişaf edir və məhsuldarlıq azalır. Tüpürcək qanın laxtalanmasına mane olmaqla qüvvətli qaşınmaya səbəb olur. Taxtabitilər bir sıra xəstəliklərin-borrelioz, pasterelyoz, nyukasl xəstəliyi, pulloroz-tifın keçiricisi olmaqla, insanların taun, leyşmanioz, qayıdan yatalaq xəstəliklərinin törədicilərinin rezervuarı rolunu oynayır. Aparılan tədqiqatlara görə yataq taxtabitiləri quşların çiçəyinin virusunu öz bədənlərində 243 gündən artıq gəzdirməklə nəslinə keçirir və sağlam quşları dişlədikdə virusu onlara keçirməklə xəstələnmələrinə səbəb olurlar.
Kliniki nişanələri. Parazitin xortumu ilə deşdiyi və qanı sorduğu sahədə qaşınma baş verir, sızaq (pustula) əmələ gəlir və yerli iltihabı proses inkişaf edir. Taxtabitilər sürü ilə cücələrə hücum etdikdə axırıncılar büzüşür, qanadlan sallanır və gözləri yarıqapalı vəziyyətdə otururlar. Onlar sürətlə arıqlayırlar. Yaşlı quşlarda yumurta məhsulu azalır.
Mübarizə tədbirləri və profilaktika. Quşçuluq təsərrüfatlarında ektoparazitlərə görə salamat olmağı təmin etmək üçün baytarlıq-sanitariya qaydalarına ciddi əməl etmək lazımdır. Təsərrüfatı komplektləşdirmək məqsədilə ektoparazitlərə görə ancaq salamat təsərrüfatlardan quş gətirməklə gəmiricilərə qarşı sistematik olaraq mübarizə aparmalı, sinantrop quşların yuva qurmasına yol verməməli, bina və quşları müntəzəm olaraq ektoparazitlərə görə müayinə etməklə binaları planlı olaraq insektisid preparatlarla çiləmə, yaxud aerozol üsulla işləmək məsləhətdir.
Parazitlə yoluxmuş təsərrüfatda dezinseksiyanı aşağıdakı qaydada aparmalı:
-binanı quşlardan azad etməli;
-binanı mexaniki təmizləyərkən taxtabitilərin yayılmasının qarşısını almaq üçün bina və avadanlığın əvvəlcədən işlənməsi;
-quşçuluq binalarının xlorofosun 1-2%-li su məhlulu və 5-7%-li xlorofos dustu ilə, trixlormetafos - 3-ün 1-2%-li emulsiyası ilə, foksimanın suda 0,3-0,15%-li emulsiyası ilə, neosidolun 0,5%-li su emulsiyası ilə, sevinin suda 1-2%-li suspenziyası ilə dezinseksiyası edilir.
Göstərilən preparatlarla, sevin istisna olmaqla, zəhərli olduqlarına görə quşlar binada olarkən dezinseksiya aparmaq olmaz. Onları ancaq binada sanitar fasilə vaxtı işlətmək olar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır