Texnikaların dövlət qeydiyyatı və texniki baxışı önəmlidir
2022-10-25 06:45:07
Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də texniki nəzarətin təşkili, texnikaların dövlət qeydiyyatından, texniki baxışdan keçirilməsi, həmçinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsidir. Bu məqsədlə Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq respublikanın bölgələrində monitorinqlər keçirilib, inzibati xəta protokolları tərtib edilib, həmçinin maarifləndirmə məqsədilə iştirakçılara rüsumları əks etdirən bukletlər paylanılıb.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər traktorlar və digər özüyeriyən maşınlar, traktor yedəkləri, kənd təsərrüfatı, meliorasiya və sair texnikaları əldə etdikləri vaxtdan 10 gün müddətində dövlət qeydiyyatına həmçinin hər ildə bir dəfə, son texniki baxışdan kecmə müddətindən bir ildən gec olmayaraq texniki baxışa təqdim etməlidirlər. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 (on) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir
Qanuna müvafiq olaraq texniki baxışdan keçməyən texnikaların istismarı qadağan olunur. Əks halda texniki baxışdan keçmədən istismar olunacağı təqdirdə İXM-in 340.1 maddəsilə inzibati tədbir görüləcəkdir
Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərinin nəzərinə çatdırır ki, istifadəsində olan texnikaları dövlət qeydiyyatından, texniki baxışdan keçirilməsi, həmçinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədilə rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etsinlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır