Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
2020-08-17 00:00:00
Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı nəzdində Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi öz üzvülərinin peşə hazırlığını yüksəldilməsi, sağlam rəqabət mühiti formalaşdırmaqla nümunəvi işçilərin müəyyən edilməsi məqsədilə müsabiqə elan edir. Müsabiqə Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə (baytarlıq, texniki nəzarətin təşkili, bitki sortlarının qeydiyyatı və toxum nəzarəti, bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) uyğun olaraq cari il ərzində xidməti fəaliyyətinin icrası zamanı xüsusi fərqlənmiş işçilərin “İlin ən yaxşı aqrar mütəxəssisi” şüarı altında ilk dəfə keçirilir.
Müsabiqədə hər bir nominasiyada 3 yer olmaqla “İlin baytar həkimi”, “İlin baytar feldşeri”, “İlin texniki nəzarət müfəttişi”, “İlin aqronomu” (toxumçuluq üzrə), “İlin aqronomu” (bitki mühafizəsi üzrə), Fumiqasiya (Zərərsizləşdirmə) üzrə “İlin mühəndisi” və “İlin aqrotexniki” müəyyənləşdiriləcək. Müsabiqənin növbəti illərdə də keçirilməsi və aşağıda qeyd edilən məqsədlərə nail olunması nəzərdə tutulub:
- əmək fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün stimulların yaradılması, eyni zamanda işçilərin sosial müdafiəsinin gücləndirilməsi;
- peşəkar əmək fəaliyyətində özünü təsdiqləyən mütəxəsislərin üzə çıxarılması və ruhlandırılması;
- aqrar xidmətlər sahəsində ən yaxşı mütəxəsisi müəyyən edilməsi və onun iş təcrübəsinin təbliği;
- texniki yeniliklərin, iqtisadi və kənd təsərrüfatı biliklərinin artırılması, peşələrin nüfuzunun yüksəldilməsi, intellektual potensialların üzə çıxarılması.
Müsabiqənin qaliblərinə diplom və pul mükafatı nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli Fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentliyin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, insan resurslarından səmərəli istifadə, kadrların hazırlığı və onların sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında fəaliyyət göstərən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı nəzdində Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi təsis edilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır