Siyəzəndə heyvanlar arasında profilaktik tədbirlər davam etdirilir
2020-06-05 00:00:00
Yanvar ayından Siyəzən rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. İribuynuzlu və təkdırnaqlı heyvanlar arasında yekunlaşan bu vaksinasiya hazırda xırdabuynuzlu heyvanlar arasında davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Siyəzən Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 12 min baş iribuynuzlu, 35 min baş xırdabuynuzlu, 600 baş təkdırnaqlı, 56 min baş ev quşu və 1900 baş itə baytarlıq xidməti göstərir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, cari ilin ilk günlərindən başlayaraq Siyəzən rayonunun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Heyvanlar arasında tədbirlər 7 sahə baytarlıq məntəqəsi vasitəsi ilə aparılır.
Ümumiyyətlə, rayonun 32 kənd, 1 qəsəbə və 1 şəhəri əhatə edən təsərrüfatlarında 12103 baş iribuynuzlu, 33910 baş xırdabuynuzlu, 555 baş təkdırnaqlı heyvanda qarayara, 1579 baş itdə və 2005 baş vəhşi heyvanda quduzluq, 2620 baş iribuynuzlu heyvanda leptospiroz və 15399 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 309 baş iribuynuzlu, 1178 baş ana qoyun və 815 baş qoçdan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 15 baş toyuqdan götürülün nümunələr “quş qripi” xəstəliyinə görə laboratoriyada müayinə edilib.
Mart ayından Siyəzən rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 8233 baş iribuynuzlu və 9851 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri yerinə yetirilib.
Aprel ayının ilk günlərindən isə Siyəzən Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılan vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 7134 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi görülüb.
Həmçinin aprel ayının ortalarından başlayaraq xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. 34166 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı vaksinasiya tədbiri həyata keçirilib. Yaxın günlərdə qeyd edilən bu tədbirlərin başa çatdırılması nəzərdə tutulur.
May ayından başlayaraq Siyəzən Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib.
İribuynuzlularda peyvəndləmə “S-19“, xırdabuynuzlu heyvanlarda isə “Rev-1” ştammları ilə aparılır. Artıq 10523 baş xırdabuynuzlu və 815 baş iribuynuzlu heyvanlarda bruselyoz əleyhinə tədbir həyata keçirilib. Hazırda tədbirlər davam etdirilir.
Rayonda baytarlıq-sanitariya işinin əsasını təşkil edən 124 obyektin 51180 kvadratmetr sahəsində dezinfeksiya və 2 obyektin 300 kvadratmetr sahəsində isə dezinseksiya tədbirləri də görülüb.
Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı informasiya verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır