Yayda arıxana işləri necə görülməli?-Mütəxəssis tövsiyəsi
2020-06-08 00:00:00
Yay dövründə arı ailələrinin sayını artırmaq, şan ehtiyatı yaratmaq və bal toplanışı dövrünədək səmərəli istifadə etmək üçün nəzarət artırılmalıdır. Təbii beçəvermənin qarşısını almaqdan ötrü arıları şan hörmək işi ilə məşğul etmək lazımdır.
Yayın ilk ayı iyun bal məhsulu götürülən aydır. Birinci, ikinci gövdənin və ya yarımmərtəbənin çərçivələrinin hamısı balla dolduqda və onların üzəri möhürlənməyə başladıqda birinci və ikinci gövdənin, yaxud yarımmərtəbənin altına yenidən bir, ikinci gövdə və ya yarımmərtəbə qoyulur. Birinci, ikinci və yarımmərtəbənin şanları balla dolub möhürləndikdən sonra götürülür.
Balsüzəndə bal süzüldükdən sonra arıların şanı təmizləməsi üçün onlar yenidən pətəklərə qoyulur. Yay bal toplanışı qurtaran kimi ikinci gövdələr, yaxud yarımmərtəbələr götürülür və çərçivələrdəki bal süzülür.
Aran zonasında balverən bitkilər çiçəkləyib qurtardığından arıxanalar əvvəlcə dağətəyi, oradan da dağlıq zonaya köçürülür. Lənkəran zonasına arılar mayın axırında aparılır. İyulun ikinci yarısından sonra Lerik və Yardımlı rayonlarındakı dağ çəmənliklərinə köçürülür.
Pətəkaltlıqları yerinə qoyulur. Balın toplanması üçün köçürülmüş arıxanaların gətirilməsi və arı ailələrinin qaydaya salınmasına dair yoxlama işi aparılır. Arıların qış yemi üçün möhürlənmiş ballı və çiçək tozcuqlu çərçivələr seçilib ayrılır.
Gec çiçəkləyən bitkilərdən (günəbaxan, pambıq və s.) bal toplamaq üçün arılar həmin bitki sahələrinə köçürülür. Təzə pətəklər hazırlamaq üçün taxta materialı tədarük edilir. Ailələrin payız yoxlamasına və yuvaların qış mövsümü üçün hazırlanmasına başlanır. Arıların biri-birindən oğurluq və bir ailənin digərinə basqın etməsinin qarşısı alınır. Bunun üçün əlverişli keçməyən illərdə qış üçün balı çatmayan ailələr yemləndirilir. Ehtiyat şanlarda mum güvəsinə qarşı kükürd tüstüsü verilir. Pətəklərin qapağı təmir edilir.
Yuvada saxlamaq üçün yararsız, yarımçıq hörülmüş az ballı çərçivələr (möhürü açıldıqdan sonra), arıların balı təmizləməsi üçün pətəyin arakəsməsilə ayrılmış hissəyə qoyulur. Uçuş bacası qısaldılır.
Siçanların pətəyə daxil olmaması üçün uçuş bacasının üzərinə arı keçə biləcək ölçüdə gözcüyü olan metal tor vurulur. Arılar arasında oğurluğunun və basqının baş verməsinin qarşısını almaq üçün tədbir görülür. Çıxdaş edilmiş şanlar mum üçün əridilir, balverən bitkilər əkmək üçün torpaq şumlanır. Ehtiyat ana ailələri qışa hazırlanır.
Arıların qışlayacağı binalar qaydaya salınır, təmir edilir, dezinfeksiya olunur, siçanları məhv etmək üçün aldadıcı yemlər düzülür və siçan tələləri qurulur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır