Şmallenberq xəstəliyi və ona qarşı mübarizə tədbirləri- mütəxəssis tövsiyəsi
2020-08-15 00:00:00
Aqrar Xidmətlər Agentliyi fermerlərin nəzərinə çatdırır ki ,havaların isti keçməsi ilə əlaqədar ağacaqanadların aktiv mərhələsidir. Bu də xəstəliklərin,eləcədə Şmallenberq xəstəliyinin yayılmasına şərait yaradır. Bununla əlaqədar olaraq fermerlərdən həftədə azı bir dəfə heyvanları baytar həkiminin nəzarəti altında xüsusi dezinfeksiyaedici məhlullarla çimizdirilməsir xahiş olunur.
Bildiririk ki, Bunyavirus (Bunyaviride) ailəsinə məxsus olan, el arasında “üçgünlük” xəstəlik adlanan Şmallenberq virus xəstəliyi ilk dəfə 2011-ci ilin avqust ayında Almaniyada iribuynuzlu heyvanlar arasında aşkar edilib. Virusun adı xəstəliyin ilk dəfə aşkar olunduğu Şmallenberq şəhərinin adı ilə bağlıdır.
Şmallenberq virusu xəstəliyi heyvanlarda mədə-bağırsaq pozulması, qanda laxtalanmanın əmələ gəlməsi, hərarətin yüksəlməsi, doğulmuş balaların tələf olması və ya qüsurlu, ölü bala doğulması, məhsuldar heyvanlarda süd məhsulunun kəskin azalması ilə müşayiət edilir.
Şmallenberq transmissiv xəstəlikdir. Xəstəlik ağcaqanadlar, mığmığalar və digər qansoran həşəratlar vasitəsilə yayılır. Bu virus xəstəlik insana keçmir, yalnız heyvanlarda müşahidə edilir. Xəstəlik birbaşa heyvandan-heyvana da keçmir.
Xəstəliyin əsas klinik əlamətləri yemdən qalır, iştahası zəif olur, heyvan tez bir zamanda süst vəziyyət alır, onlarda vaxtından əvvəl doğuş başlayır, sağım çox aşağı düşür, boğazlığın axırıncı dövrlərində balasalma baş verir.
Simptomatik müalicəsi olaraq heyvandan qanalma və sistem köçürmə (NaCl -0.9%-li məhlulu və ya ringer məhlulu, diklofenak və ya deksametazon, B12, B6 və C vitaminləri tətbiq edilir, əzələyə isə antibiotik penstrep tətbiq edilir) yolu ilə həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, təsərrüfatlarında saxlanılan heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilərsə, dərhal sahə baytarlıq məntəqəsinə və ya rayon(şəhər) baytarlıq idarələrinə müraciət etsinlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır