Sabirabad rayonunda iribuynuzlu heyvanların qarayara xəstəliyinə qarşı peyvəndləmə işi yekunlaşıb
2020-07-10 00:00:00
Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xü¬susi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tər¬kibi isə yaxşılaşır. Bütün bunların əldə olunmasında baytarlıq xidmətinin vaxtlı-vaxtında və düzgün həyata keçirilməsinin mühüm rolu vardır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, xüsusi karantin rejimi dövründə də Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə Sabirabad Rayon Baytarlıq İdarəsi tərəfindən ciddi riayət edilməklə heyvanlara baytarlıq xidmətləri davam etdirilir.
Hazırda Sabirabad rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərdən olan iribuynuzlu heyvanların infeksion nodulyar dermatiti, dabağı, bruselyozu, leptospirozu, xırdabuynuzlu heyvanların dabağı, qarayarası, bruselyozu, çiçəyi və quşların nyukasl xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır. Artıq cari ilin 6 ayı ərzində rayonda saxlanılan 75459 baş iribuynuzlu heyvanlarının qarayara xəstəliyinə qarşı peyvəndləmə işi yekunlaşıb.
Cari ilin 6 ayı ərsində rayonun ayrı-ayrı təsərrüfatlarında 95909 baş xırdabuynuzlu, 1748 baş təkdırnaqlı heyvanda qarayara, 6231 baş itdə quduzluq, 12985 baş xırdabuynuzlu heyvanda çiçək, 69894 baş iribuynuzlu və 785 baş xırdabuynuzlu heyvanda dabaq, 16824 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 4292 baş iribuynuzlu heyvanda leptespiroz, 16090 baş iribuynuzlu heyvanda (Şt-19 vaksini ilə), 25707 baş xırdabuynuzlu heyvanda (Rev-1 vaksini ilə) bruselyoz, 1330839 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) və 726730 baş ev quşlarında nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Həmçinin qoçlarda bruselyoz və epididimit xəstəliklərini aşkara çıxarmaq məqsədi ilə 4215 baş heyvandan qan nümunəsi götürülərək seroloji, 15 baş toyuqdan götürülən qan və patoloji nümunə isə “quş qripi”nin müayinəsi məqsədi ilə Sabirabad Regional Sınaq Laboratoriyasına göndərilib. Eləcə də 145 baş ana qoyundan və 2 baş iribuynuzlu heyvandan qan nümunələri götürülərək seroloji müayinə məqsədi ilə laboratoriyaya göndərilib.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həyata keçirilir. Cari ilin 6 ayı ərzində Sabirabad rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 487 obyektin 39100 kvadratmetr ərazisində profilaktik dezinfeksiya, 121 obyektin 4950 kvadratmetr ərazisində dezinseksiya və 134 obyektin 4880 kvadratmetr ərazisində deratizasiya işləri görülüb.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitində aparılması, heyvanların günvurma və istivurmadan qorunması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Məlumat üçün qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “soyuq zəncir” rejiminə ciddi əməl edilir. Baytarlıq preparatlarının effektivliyi onların düzgün saxlanması və istifadəsindən asılı olduğu üçün daim vaksinlər +2÷+8 °C temperaturda, günəş şüalarından kənar şəraitdə saxlanılır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş xüsusi karantin rejiminin qaydalarına və epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı tədbirlər davam etdirilir və respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır