Kənd təsərrüfatı texnikalarının sazlığı daim diqqətdədir
2020-08-17 00:00:00
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı texnikası istifadəçilərini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. “Bəzən fermerlər və mexanizatorlar rayon, kənd içi yollarda, təsərrüfatlara gedərkən yol yaxınlığı, əraziyə yaxşı bələdçilik kimi səbəblərlə yola nasaz texnika ilə çıxır, təhlükəsizlik qaydalarını pozurlar. Təəssüf ki, belə məsuliyyətsiz yanaşmalar qəzalara, insan itkilərinə, ailə faciələrinə səbəb olur” – AXA-dan bildirilib və mütəmadi reydlərdə belə halların qarşısının alındığı qeyd edilib.
Aqrar Xidmətlər Agentliyinin texniki nəzarətin təşkili üzrə əməkdaşları Gəncə şəhəri və Göygöl rayonları ərazisində keçirdikləri reyd zamanı texniki baxışa təqdim olunmayan 2 traktoru saxlayıb, inzibati protokol tərtib ediblər. Sürücülük vəsiqəsi olmadan texnika idarə edən 2 sürücü saxlanılaraq, texnikanın hərəkəti dayandırılıb.
Dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər də saxlanılaraq, xəbərdarlıq alıb və dövlət qeydiyyat nişanları zavod tərəfindən təyin olunan yerə bərkidilib.
Aqrar Xidmətlər Agentliyi texnika sahiblərinə və sürücülərinə bildirir ki, “Yol Hərəkəti Haqqında Qanun”una uyğun olaraq, dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır