Tərtərdə bir sıra xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri başa çatdırılıb
2020-07-14 00:00:00
Ölkədə xüsusi karantin rejiminin həyata keçirildiyi indiki dövrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini planlı şəkildə davam etdirir.
Agentlik bildirir ki, 2020-ci ilin epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq yanvar ayının əvvəlindən bütün ölkədə olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da iribuynuzlu, xırdabuynuzlu heyvanlardan və quşlardan qan və patoloji nümunələr götürülür, vaksinlər vurulur, eləcə də itlər və vəhşi heyvanlarda (oral yolla) quduzluğa qarşı profilaktik peyvəndləmələrə başlanılıb.
Tədbirlər Tərtər Rayon Baytarlıq İdarəsi və 11 sahə baytarlıq məntəqəsinin baytar mütəxəssisləri tərəfindən həyata keçirilir. Hazırda rayon ərazisində iribuynuzlu cavan heyvanlarda nodulyar dermatit, qarayara, iribuynuzlu (Şt-19 vaksini ilə) və xırdabuynuzlu (Rev-1 vaksini ilə) heyvanlarda bruselyoz və ev quşlarında nyukasıl xəstəliyi əleyhinə «H» vaksini ilə peyvəndləmə tədbirlərinin aparılması davam etdirilir.
Cari ilin 6 ayı ərzində Tərtər rayonun ayrı-ayrı təsərrüfatlarında 25789 baş iribuynuzlu, 41924 baş xırdabuynuzlu və 648 baş təkdırnaqlı heyvanlarda qarayara, 2975 baş it və 2750 baş vəhşi heyvanlarda quduzluq, 1972 baş iribuynuzlu və 1998 baş xırdabuynuzlu heyvanlarda leptospiroz, 30698 baş iribuynuzlu (o cümlədən 3972 cavan iribuynuzlu heyvanda peyvəndləmə aparılıb) və 31356 baş xırdabuynuzlu heyvanlarda dabaq, 259561 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 41958 baş xırdabuynuzlu heyvanlarda çiçək, 6397 baş iribuynuzlu (Şt-19 vaksini ilə) və 2913 baş xırdabuynuzlu (Rev-1 vaksini ilə) heyvanlarda bruselyoz, 499760 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) və 338517 baş ev quşlarında nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb.
Qeyd edək ki, artıq rayon ərazisində iribuynuzlu, xırdabuynuzlu və təkdırnaqlı heyvanlarda qarayara, sahibli it və vəhşi heyvanlarda quduzluq, iri və xırdabuynuzlu heyvanlarda dabaq (birinci yarımillik üçün nəzərdə tutulan), xırdabuynuzlu heyvanlarda çiçək və körpə cücələrdə nyukasl əleyhinə peyvəndləmə işləri yekunlaşdırılıb.
Peyvəndləmə ilə yanaşı idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya işləri həyata keçirilir. Cari ilin 6 ayı ərzində Tərtər rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 424 obyektin 58990 kvadratmetr ərazisində dezinfeksiya işləri görülüb.
Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Ölkədə peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “soyuq zəncir” prinsipinə baytar mütəxəssisləri tərəfindən ciddi əməl edilir. Rayonda aparılan epiziootik və müalicə tədbirlərinin nəticəsi olaraq kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir, istehsal və emal edilən heyvan və heyvan mənşəli məhsulların baytarlıq-sanitariya cəhətdən sağlamlığı təmin olunur.
Məlumat üçün bildiririk ki, tədbir aparan mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə tədbirləri yerinə yetirirlər. Tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Həmçinin peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Görülən işlərlə yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.
Bununla yanaşı, təsərrüfat sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə insanların bir-biri ilə təması zamanı ən azı 2 m məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edərlərsə, Agentliyin rayon (şəhər) baytarlıq idarələrinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə məlumat versinlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş karantin rejiminin qaydalarına və epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı tədbirlər davam etdirilir və respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır