Orta məktəblərdə aqrar təhsilə maraq artırılır
2022-10-31 13:29:58
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatının (FAO) “Məsləhət Xidmətlərinin Gücləndirilməsi Layihəsi” çərçivəsində orta məktəblərdə gənclərin aqrar sahəyə maraqlarını artırmaq, həmçinin aqrar təhsilin təşviqi məqsədilə respublikanın 3 rayonundan – Quba rayonunun Alpan, Lənkəran rayonunun Xanbulan və Samux rayonu Çobanabdallı kənd orta məktəbləri seçilmişdir. Qeyd olunmuş məktəblərdə pilot layihə üçün nəzərdə tutulmuş sinif otaqları yaradılmış, sinif otaqlarında kənd təsərrüfatı istiqamətli dekorasiya aparılmış, otaqlarda aqrar sahəyə dair bağlar, istixanalar, məhsullar və digər texniki avadanlıqlara dair rəsmlər əks olunub. Həmçinin, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən taxıl, pambıq və digər bitkilər üzrə eksponatlar, aqrar sahəyə aid müxtəlif tədris materialları, bukletlər, video materiallar və bir sıra texniki avadanlıqlarla da təchiz edilib.
Layihə çərçivəsində hər bir məktəbdən 30-35 şagird (cəmi 100 şagird) və nəzarətçi heyəti olmaqla Azərbaycan Dövlət Aqrar Universitetinə 2 (iki) günlük səfər təşkil olunub. Səfərin əsas məqsədi hələ ixtisas seçimi etməmiş 8 və 9-cu sinif şagirdlərinin ADAU-da yaradılan şəraitlə, müxtəlif fakultələri, kafedraları ilə tanış olmaq, universitetin ikili beynəlxalq diplomlu təhsil proqramları barədə məlumatlar əldə etmək, universitetin rəhbərliyi və pedaqoji heyəti ilə görüşlər keçirmək, eləcə də şagirdlərin gələcəkdə ixtisas seçimində aqrar sahəyə marağının artırılmasıdır.
Bu məqsədlə təşkil olunmuş səfərdə ADAU-nun rəhbərliyi və pedaqoji heyəti tərəfindən müxtəlif fakultə və kafedralarda şagirdlərlə görüşlər keçirilib. Şagirdlərə universitetin fəaliyyət istiqamətləri, fakultələr, ixtisaslar barədə ətraflı məlumatlar verilib. Onlar universitetdə yaradılmış şəraitlə tanış olub, pedaqoji heyətlə maraqlı diskussiyalar aparılıb, şagirdləri maraqlandıran müxtəlif suallar universitetin rəhbərliyi və müəllimləri tərəfindən cavablandırılıb. Bu səpgidə keçirilən tədbirlər gələcəkdə şagirdlərin aqrar sahəyə maraqlarının artırılmasına stimul yaradacaqdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır