Dırnaq çürüməsi (Nekrobakterioz) zamanı hansı tədbirlər görülməlidir- Mütəxəssis tövsiyəsi
2020-10-05 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) heyvandarlıqla məşğul olan fermer və sahibkarların diqqətinə çatdırır ki, payız fəslinin gəlməsi və son günlərdə havaların nəmişli keçməsi ilə əlaqədar bir sıra təsərrüfatların xırda və iribuynuzlu heyvanları arasında dırnaq çürüməsi müşahidə edilir. Xəstəliyin qarşısını almaq üçün agentlik fermerlər və sahibkarlara aşağıda qeyd olunanların həyata keçirmələrini tövsiyə edir:
Məlumat üçün bildirək ki, xırdabuynuzlu heyvanlarda dırnaq çürüməsi spesifik xroniki infeksiyadır. Xəstəliyə yaşdan, cinsdən və cinsiyyətdən asılı olaraq qoyunlar və keçilər müxtəlif dərəcədə həssaslıq göstərir. Xüsusilə zərifyunlu qoyunlar qabayunlulara nisbətən çox həssaslıq göstərir.
Xəstəliyin törədicisi fusiformis nodosus adlı qram mənfi anaerob mikroorqanizmdir. İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlardır. Yoluxma kontakt yolla baş verir. Bundan əlavə sağlam heyvanlar amillə çirklənmiş döşənək, yem və su vasitəsilə də yoluxurlar.
Xəstəliyin baş verməsində nəmlik, zədələnmələr və orqanizmin ümumi rezistentliyini aşağı salan digər faktorlar mühüm rol oynayır. Dırnaq çürüməsi yüksək nəmlik, temperatur və ventilyasiyası olmayan binalarda saxlanan heyvanlarda, həmçinin yem payında (kalsium, fosfor və s.) mikroelementlər və vitaminlər çatmadıqda kütləvi xarakter alır.
Xəstəliyə yaz, yay və payızın nəmişli vaxtlarında təsadüf edilə bilir.
Xəstəliyin inkubasiya dövrü 1 həftəyə qədər davam edir. Dırnaq çürüməsi xroniki gedişə malikdir. İlk kliniki əlamətlər dırnaqarası sahənin dərisinin yumşalması və iltihabı, həmçinin buradan çürüntülü kəskin qoxunun ayrılması nəzərə çarpır. Yüngül formalı iltihab zamanı dırnaq başmaqının daxili divarlarının, orta dərəcədə iltihab zamanı dırnaq divarının daxili hissəsi və dırnaqaltlığı, ağır formalı iltihabda isə dırnaq başmaqının dəri əsasında tamamilə lay-lay ayrılması müşahidə edilir.
Dırnağın zədələnməsi nəticəsində axsama, yerli temperatur və ağrı, dırnaq buynuzunun çürüməsi dırnaqarası piy vəzisinin irinli iltihabı müşahidə edilir ki, mürəkkəbləşmə zamanı bir və ya hər iki dırnaq başmağı qopub düşür.
Mürəkkəbləşmə zamanı temperaturun 40-40,5°C-yə yüksəlməsi, dırnaq nahiyəsində bağ və vətərlərin zədələnmələri, dırnaq tacı nahiyəsində yara və suluxlar görünür.
Xəstəliyə görə qeyri-sağlam zonalarda qoyunların yoluxması təsərrüfatın və heyvanların ümumi vəziyyətindən asılı olaraq 40-90% təşkil edir ki, vaxtında müalicə aparılmadıqda mürəkkəbləşmə və sepsis nəticəsində ölüm baş verir.
Xəstəliyin baş verməməsi üçün heyvanların yemlənmə-bəslənmə şəraitinə fikir verilməli, orqanizmin ümumi rezistentliyini aşağı salan amillər aradan qaldırılmalıdır. Təsərrüfata yeni gətirilmiş(qonşu təsərrüfatda daxil olmaqla) heyvanlar 1 ay karantində saxlanmalı və ümumi sürüyə qatılmazdan əvvəl profilaktik məqsədlə dırnaq nahiyəsi 10%-li formalin və 5%-li paraform məhlulu ilə işlənməlidir. Profilaktik məqsədlə hər 2 aydan bir heyvanların dırnaq nahiyəsi müayinədən keçirilməli və müvafiq qulluq edilməlidir.
Xəstəlik müşahidə edildikdə təsərrüfatda məhdudlaşdırıcı tədbirlər görülür. Bütün heyvanlar müayinədən keçirilir. Xəstələr ayrılaraq müalicə edilir. Digər sağlam heyvanlar isə müalicə vannalarından keçirilməli və hər 10-15 gündən bir xəstəliyə görə kliniki olaraq yoxlanmalıdır. Tövlə və ətraf sahələr peyindən təmizləndikdən sonra dezinfeksiya edilməlidir. Toplanan peyin isə biotermiki zərərsizləşdirilir.
Heyvanda dırnaq çürüməsi baş verən zaman diaqnoz qoyulmasında laboratoriyanın təsdiqlənmış rəyi mütləqdır.
Heyvanlarda dırnaq çürüməsi xəstəliyinin müalicə və profilaktika işləri təsərrüfat sahibinin hesabına, baytar həkimlərinin iştirakı ilə aparılır.
Fermerlərin bir daha diqqətinə çatdırırıq ki, heyvanlarda bu və ya digər xəstəlik əlamətləri müşahidə edilərsə, dərhal ərazinin baytar həkiminə müraciət etsinlər.
Dırnaq çürüməsi yüksək nəmlik, temperatur və ventilyasiyası olmayan binalarda saxlanan heyvanlarda, həmçinin yem payında (kalsium, fosfor və s.) mikroelementlər və vitaminlər çatmadıqda kütləvi xarakter alır.
Dırnağın zədələnməsi nəticəsində axsama, yerli temperatur və ağrı, dırnaq buynuzunun çürüməsi dırnaqarası piy vəzisinin irinli iltihabı müşahidə edilir ki, mürəkkəbləşmə zamanı bir və ya hər iki dırnaq başmağı qopub düşür.
Müalicə məqsədi ilə göstərilən antibiotiklərdən seftifort-5%, probisil-5, oksifort 20%, fortiseptol və ya fortipen tədbiq edilir. Göstərilənlərlə yanaşı zədələnmiş dırnaq nayihəsi kalium permanqanat (2-3%-li), rivanol, hidrogen peroksid məluları ilə mütamadi olaraq yuyulur. Həmçinin zədələnmiş dırnaqlar oksisprey vasitəsiylə işlənir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda dırnaq çürüməsi və digər xəstəliklərə qarşı aparılan müalicə və profilaktik işlər baytar həkiminin iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır