Qəbələ rayonunda epizootiya əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir
2020-10-07 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) tərəfindən xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, epizootik sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Qəbələ rayonunda da “Soyuq zəncir” rejimi gözlənilməklə peyvəndləmə tədbiri aparılır. Dövlət vəsaiti hesabına alınan, üzərində qırmızı hərflərlə “SATILA BİLMƏZ” yazılan peyvənd vasitələri həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
2020-ci ilin əvvəlindən indiyə kimi Qəbələ rayonunda «Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərdən olan iribuynuzlu heyvanlarda qarayara, infeksion nodulyar dermatit, dabaq, bruselyoz, leptospiroz, xırdabuynuzlu heyvanlarda dabaq, qarayara, bruselyoz, çiçək, təkdırnaqlı heyvanlarda qarayara, it və vəhşi heyvanlarda quduzluq və quşlarda nyukasl xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır.
Cari ilin 9 ayı ərsində rayonun ayrı-ayrı təsərrüfatlarında 49328 baş (o cümlədən 5512 baş cavanlarda) iribuynuzlu, 128509 baş xırdabuynuzlu, 806 baş təkdırnaqlı heyvanda və 410 baş donuzda qarayara, 719 baş donuzda klassik taun, 5795 baş itdə və 4861 baş vəhşi heyvanda (oral yolla) quduzluq, 123816 baş xırdabuynuzlu heyvanda çiçək, 44339 baş iribuynuzlu və 97795 baş xırdabuynuzlu heyvanda dabaq, 46606 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 17606 baş iribuynuzlu heyvanda (Şt-19 ştammı ilə), 73879 baş xırdabuynuzlu heyvanda (Rev-1 ştammı ilə) bruselyoz, 502180 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 465923 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyinin aşkara çıxarmaq məqsədi ilə 20 baş ana qoyun, 22 baş keçi, 3582 baş xirdabuynuzlu və 522 baş iribuynuzlu heyvandan qan nümunəsi götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Regional Sınaq Laboratoriyasına göndərilib. Bununla yanaşı 3582 baş qoçdan götürülən qan nümunəsi epididimitin müayinəsi üçün laboratoriyaya təqdim edilib.
Peyvəndləmə ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Belə ki, cari ilin 9 ayı ərzində Qəbələ rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 189 obyektin 101956 kvadratmetr sahəsi dezinfeksiya olunub.
Hazırda Qəbələ rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin A,O,Asiya-1 tiplərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Eləcə də ilin sonuna kimi cavan heyvanlar arasında qarayara əleyhinə revaksinasiya tədbirlərinin icrasının təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına və xüsusi karantin rejiminin tələblərinə uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır