Toyuq gənəsinə qarşı mübarizə tədbirləri
2020-08-31 00:00:00
Toyuq gənəsi-çoxlu miqdarda azad yaşayan və parazitlik edən növləri birləşdirir.
Dermanyssus gallinae-cəld hərəkət edən xırda gənədir. Yetkin gənənin bədəni ac vəziyyətində 0,75 mm uzun-oval, bir qədər yastılanmış formada olur. Ac gənələr açıq sarı, qan sormuşlar isə qırmızı yaxud qəhvəyi rəngdə olurlar. Qan sorması 45 dəqiqəyə qədər çəkə bilir. Bir dəfəyə dişi gənə 0,2 ml qan sorur və çəkisi 10-12 dəfə artır. Ayaqları uzundur, birinci cüt hiss etmə orqanıdır.
Gənənin tam inkişaf sikli sürfədən imaqoya qədər 20-25°C optimal temperaturda 6-12 günə başa çatır. Sorduğu qanın miqdarından asılı olaraq dişi gənə 8-dən 20-yə qədər yumurta qoyur. 2-4 gündən sonra yumurtalardan az hərəkət edən 3 cüt ayağı olan sürfələr çıxır. Gənənin bu mərhələdə inkişafı embrionun sarılığı hesabına gedir. Sürfələr qan sormurlar, örtüyü şəffaf olmaqla şüşə-süd rəngində olur. Protonimfalar isə 4 cüt ayağa malik olmaqla sahibin qanı ilə qidalanırlar.
Gənələr binada temperatura 20-25°C olduqda quşa hücum edirlər. İsti yay aylarında onlar intensiv çoxalırlar. Temperatura 5°C-dən aşağı olduqda onlar ölürlər.
Gənələr adətən axşamlar fəal olurlar, lakin onlar kütləvi çoxaldıqda gündüzdə hücum edirlər.
Toyuq gənəsi əsas etibarilə toyuqlarda parazitlik edirlər, lakin hinduşka, sesarka, ördək, qaz, göyərçin və sərçələrində qanı ilə qidalana bilərlər. O, ev heyvanları və insanlarada hücum edə bilər, çox vaxtı onlara sinantrop quşların yuvasında, gəmiricilərin üzərində rast gəlinir.
Parazitə müxtəlif iqlim zonalarında rast gəlinir, lakin 60°C şimal en dairəsindən o yana keçmir.
Toyuq gənəsi quşçuluğa əhəmiyyətli iqtisadi zərər verir. Orta yoluxma dərəcəsində toyuqların yumurta məhsulu 19-40 %, tükyeyənlərlə qarışıq invaziyada isə 90%-ə qədər azalır.
Epizootologiyası. Toyuq gənələri nyukasl xəstəliyinin, pasterellyozun, ku-isitməsinin, insanların sarı isitməsinin keçiricisi olmaqla, Bemet rikketsiozu törədicisinin rezervuar sahibidir, həmçinin toyuqları spiroxetozla yoluxdura bilirlər.
Aparılan tədqiqatların nəticələrinə görə, toyuq gənələri çiçək virusunu bədənlərində 300 gün saxlayır, nəslinə keçirir və sağlam toyuqları dişləyəndə onları çiçəklə yoluxdururlar.
Gənələrin yayılmasının mikroocağı gəmiricilərin, sinantrop və vəhşi quşların yuvasıdır. Gənələr quşlar arasında xəstəlik törədicilərini yaymaqla, insanlara da hücum edərək iti dermatitlər və müxtəlif xəstəliklər törədirlər.
Toyuq gənələri binaya sağlam quşla gənə ilə yoluxmuş quşun kontaktı, xidmətçilər, quşları daşımaq üçün tara vasitəsilə gətirilir. Gəmiricilər də gənələri yaya bilirlər.
Kliniki nişanələri. Gecələr quşa hücum edən gənələr dərini zədələyir, yaraya zəhərli tüpürcək yeridir və nəticədə şiddətli qaşınma əmələ gətirirlər. Bəzən gənələr qırtlağa, traxeyaya, eşitmə aparatına daxil olaraq iltihabı prosesə və anemiyaya səbəb olurlar. Yoluxmuş quşda rezistentlik zəifləyir və məhsuldarlıq azalır.
Mübarizə tədbirləri və profilaktika. Toyuq gənəsi ilə mübarizədə siodrinin 0,5%-li su emulsiyasından, 0,25%-li dikrezoldan, 0,5%-li dibromdan, 0,5-1%-li karbofosdan, 0,5-1%-li trixlormetafos - 3-dən, 0,025-0,5%-li neosidoldan, 0,25-0,5%-li pediksdən, xlorofosun l-2%- li su məhlulundan istifadə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır