Sahibkarlara yeni aqrar xidmət: idxal-ixrac edilən yaş meyvə-tərəvəz məhsullarında fumiqasiya (zərərsizləşdirmə) aparmaq imkanı yaradılıb
2020-09-03 00:00:00
Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli Qərarı ilə idxal-ixrac olunan yaş meyvə tərəvəz məhsullarında da fumiqasiya (zərərsizləşdirmə) tədbirləri aparmaq imkanı yaradılıb. Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzinə müraciət etməklə sahibkarlar idxal və ya ixrac etdikləri yaş meyvə-tərəvəz məhsullarının fumiqasiya ilə zərərvericilərdən tam təmizlənməsinə nail ola bilərlər.
Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
2020-ci ilin avqust ayı ərzində Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən 13.5 min tondan artıq dənli, dənli-paxlalı bitki məhsulları və yem, 22.6 min m3 meşə materialı, 582 min m3 istehsal və saxlanma yeri, 407 min m3 istixana sahəsi zərərsizləşdirilib.
Qeyd edək ki, fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə 1652 və ya Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (fumiqasiya@axa.gov.az) müraciət etmək lazımdır.
Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır