Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq tərəfdaşlarını Ermənistanın hərbi təcavüzünü pisləməyə çağırır
2020-10-12 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı həyata keçirməkdə olduğu hərbi əməliyyatları qətiyyətlə qınayır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı şəhər və rayonlardakı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində 3-ü uşaq olmaqla, 31 mülki şəxs həyatını itirib, 168 nəfər mülki şəxs yaralanıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı rayonlarının təqribən 30 il ərzində işğalı və Ermənistan Respublikası silahlı qüvvələrinin hazırkı hərbi təxribatı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və bir milyondan çox qaçqın və məcburi köçkünün evlərinə qayıtmasını tələb edən 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə ziddiyyət təşkil edir.
Məşğulluğun əsas hissəsini təşkil edən kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici sahələrindən biridir. Ermənistanın təcavüzü Azərbaycanın əkin sahələrinin 30%-dən çoxuna, iş yerləri yaradan və kənd yerlərinin inkişafını təmin edən qida istehsalına və iqtisadiyyatın digər sahələrinə mənfi təsir göstərmişdir. Bu cür qanunsuz hərəkətlər fermerlərin ailələrini dolandırması, layiqli və təhlükəsiz həyat sürmə qabiliyyətini məhdudlaşdırır və “COVID-19” pandemiyası şəraitində əsas vəzifə kimi davamlı qida təhlükəsizliyi sisteminin qurulmasına dair dünya miqyasındakı çağırışları nəzərə alaraq regional ərzaq təhlükəsizliyi üçün ciddi bir təhlükə mənbəyidir.
Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü intensiv məhsul yığımı dövrünə təsadüf edir. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olmuş, təmas xəttində yerləşən kəndlərdə 500 başdan çox iri və xırdabuynuzlu heyvan tələf edilmiş, fermerlərin yem ehtiyatları yandırılmış, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşmış, kənd təsərrüfatı texnikası məhv edilmiş və suvarma sistemləri sıradan çıxarılmışdır. Yüz mindən çox fermerin həyatına təsir edən bu münaqişə Azərbaycanın kənd təsərrüfatı sektorunda böyük itkilərə səbəb olur.
Ermənistan tərəfindən törədilən bütün hərbi cinayətlər insan hüquqları, habelə beynəlxalq hüquq normalarına söykənən BMT-nin Davamlı İnkişaf Məqsədləri, FAO və Aİ-nin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dair strategiyaları kimi qlobal sənədlərin əsaslandığı beynəlxalq norma və öhdəliklərin pozulmasının bariz sübutudur.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi özünün beynəlxalq tərəfdaşlarına müraciət edərək Ermənistan Respublikası tərəfindən törədilən və ciddi humanitar fəlakətə səbəb olan, kənd təsərrüfatı fəaliyyəti üçün görünməmiş bir təhlükə yaradan, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ərzaq təhlükəsizliyi və aqrobiomüxtəlifliyini sarsıdan hərbi eskalasiyaları qətiyyətlə pisləməyə çağırır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır