Cəlilabad rayonunda epizootiya əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir
2020-09-09 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Cəlilabad rayonunda “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərdən olan iribuynuzlu heyvanlar arasında qarayara, nodulyar dermatit, dabaq, bruselyoz, leptespiroz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, bruselyoz, çiçək, itlər arşında quduzluq və quşlar arşında nuykasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Tədbirlər Cəlilabad Rayon Baytarlıq İdarəsi və 21 sahə baytarlıq məntəqəsinin baytar mütəxəssisləri tərəfindən həyata keçirilir. Hazırda rayon ərazisində iri və xırdabuynuzlu heyvanlarda bruselyoz, dabaq (sentyabrın əvvəlindən dabaq xəstəliyinin ikinci yarım illik üçün nəzərdə tutulan vaksinasiya tədbirlərinə start verilib) və ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə işi davam etdirilir. Dövlət vəsaiti hesabına maliyyələşən xüsusi təhlükəli xəstəliklərdən olan qarayara, nodulyar dermatit, leptospiroz, çiçək və quduzluq xəstəliklərinə qarşı vaksinasiya tədbirləri isə yekunlaşıb.
2020-ci ilin 8 ayı ərzində Cəlilabad rayonunun təsərrüfatlarında 86962 baş iribuynuzlu, 122168 baş xırdabuynuzlu və 2901 baş təkdırnaqlı heyvanda qarayara, 19093 baş iribuynuzlu heyvanda dabaq, 105402 (o cümlədən 10 baş cavanlarda) baş iribuynuzlu heyvanda nodulyar dermatit, 5710 baş iribuynuzlu heyvanda leptospiroz, 98 baş iribuynuzlu heyvanda və 3454 baş itdə quduzluq, 121423 baş xırdabuynuzlu heyvanda çiçək (cavanlarla birlikdə), 83133 baş iribuynuzlu (A,O,Asiya-1 tiplərinə qarşı) və 72838 baş xırdabuynuzlu (A, O tiplərinə qarşı) heyvanda dabaq, 19117 baş iribuynuzlu (Şt-19) və 14807 baş xırdabuynuzlu heyvanda (Rev-1 vaksini ilə) bruselyoz, 965171 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 757784 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyinin aşkara çıxarmaq məqsədi ilə 32 baş ana qoyun, 333 baş at və 50 baş iribuynuzlu heyvandan qan nümunəsi götürülərək Lənkəran Regional Sınaq Laboratoriyasına göndərilib.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda dezinfeksiya, dezinseksiya və ektoparazitlərə qaşı çimizdirmə işləri də aparılıb. Cari ilin müvafiq dövrü ərzində Cəlilabad rayonunda baytarlıq mütəxəssisləri tərəfindən yoluxucu xəstəliklərə qarşı 17916 obyektin 2656146 kvadratmetr ərazisində profilaktik dezinfeksiya, 2 obyektin 88 kvadratmetr ərazisində məcburi dezinseksiya, 161100 kvadratmetr ərazidə isə dezinseksiya işləri görülüb. Həmçinin 126858 baş iribuynuzlu və 28567 baş xırdabuynuzlu heyvan baytar həkimlərin nəzarəti altında çimizdirilib.
Məlumat üçün qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “soyuq zəncir” rejiminə ciddi əməl edilir. Baytarlıq preparatlarının effektivliyi onların düzgün saxlanması və istifadəsindən asılı olduğu üçün daim vaksinlər +2÷+8 °C temperaturda, günəş şüalarından kənar şəraitdə saxlanılır.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitində aparılması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfata yeni gətirilən heyvanlar məcburi surətdə karantində saxlanmalı, eləcə də təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət olunmalıdır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır