Baytar mütəxəssisləri bruselyoz xəstəliyinin profilaktikası və mübarizə tədbirləri mövzusunda təlim keçiblər
2020-10-23 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Ağdaş, Xaçmaz və Lənkəran rayonlarında “İribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Aqrar Xidmətlər Agentliyinin rayon baytarlıq idarələrinin təşkil etdiyi təlimlərdə bir qrup fermerə iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyi barədə ətraflı məlumat verilib. Xəstəliyin yaranma səbəbləri, yoluxma yolları, klinik əlamətləri, gedişi, profilaktikası və təsərrüfatlara vurduğu iqtisadi zərər (balasalma, qısırlıq və s.) haqqında danışılıb.
Bildirilib ki, göz damcısı üsulu ilə həyata keçirilən bruselyoz xəstəliyi əleyhinə peyvəndləmə heyvanlarda dörd il müddətinə immunitet yaradır. Vaksinasiya tədbiri yalnız rayon baytarlıq idarəsinin baytar həkimləri tərəfindən aparılır.
Həmçinin təlimi aparan rayon baytarlıq idarələrinin rəisləri-M. Məmmədov, Ş.Mahmudov və Ə.İskəndov bir daha qeyd ediblər ki, bruselyoza yoluxmuş heyvanlar müalicə edilmir, çıxdaş olunaraq baytarlıq-sanitariya qaydalarına riayət etməklə kəsimə göndərilir. Eləcə də vurğulanıb ki, fermerlər bruselyoz xəstəliyindən qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etməli, çiy formada məhsullarından uzaq durmalıdırlar.
Təlim çərçivəsində ölkəmizdə xəstəliyin profilaktikası üçün xüsusi Brudol-A Şt-19 tipli vaksindən istifadə edildiyi və bu vaksinlərin dövlət büdcə vəsaiti hesabına alınıb gətirildiyi və “Soyuq zəncir” riayət edilməklə heyvanlara tətbiq olunduğu vurğulanıb.
Təlimdə heyvan sağlamlığı, zoonoz xəstəliklər, onların yaranma səbəbləri və profilaktikası, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdə fermerlərə peyvəndləmələrin vaxtında və keyfiyyətlə aparması üçün baytar həkimlərinə müvafiq şərait yaratmaları tövsiyə olunub.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır