Qubanın Xınalıq kəndində təsərrüfatlarda epizootiya əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb
2020-09-11 00:00:00
Epizootik vəziyyətlə tanış olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Bayandur Rzayev Quba rayonunun ən yüksək yaşayış məntəqələrindən biri olan, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndində olub. O, heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmələrlə maraqlanıb, fermer və heyvan sahibləri ilə görüşüb.
Sədr müavini Xınalığın yaylaqlarında saxlanılan heyvan sürülərinə baş çəkərək heyvanlara kliniki baxış keçirib və heyvanların sağlamlıq durumu ilə maraqlanıb.
Agentliyin sədr müavininə kəndin təsərrüfatlarında görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Xınalıq kəndində və onun yaylaqlarında Quba rayonuna məxsus heyvanlarla yanaşı, digər bölgələrin heyvan sürüləri də saxlanılır. Sürülər yaylaqlara aparılmazdan əvvəl rayon baytarlıq idarəsi tərəfindən yaradılan həkim briqadaları heyvanları kliniki müayinədən keçirib, obalar və yataq yerlərində dezinfeksiya işləri aparılıb. Eləcə də qeyd edilib ki, tez-tez yaylaqlarda səyyar baytarlıq xidməti təşkil edilir.
Bayandur Rzayev fermer və təsərrüfat sahiblərinin müraciət, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğunu qeyd edib.
Sədr müavini bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır.
Rzayev eləcə də cari ildə alınıb gətirilən peyvəndlərin keyfiyyəti, baytarlıq işinin təşkili barədə ətraflı məlumat verib. Həmçinin Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək şəffaf formada, çevik və vaxtında cavablandırıldığını vurğulayıb.
Görüşlərdə Agentlik tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyünü bildirilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır