Meyvə tinglərinin əkilməsi - mütəxəssis məsləhəti
2020-10-27 00:00:00
Əkilmə vaxtı- Meyvə tinglərinin payızda noyabr ayında və ilk yazda, hələ vegetasiya başlamazdan əvvəl fevral-mart aylarında əkmək olar. Payızda əkilmiş tinglər ilk yazda əkilmiş tinglərə nisbətən normal böyüyür və bitiş faizi 90-95%- dən çox olur.
Əkin sxemi- Müxtəlif cins calaqaltılar (boy gücünə görə), müxtəlif növ və sort meyvə bitkiləri bağa əkilərkən fermerlərə işlənib-hazırlanmış əkin sxemləri tövsiyyə edilir.
Alma bitkisi üzrə qida sahəsi uca boylu sortlar üçün 8x5 m, zəif boylu sortlar üçün 4x3 m, armud bitkisi üzrə uca boylu sortlar üçün 8x5 m, zəif boylu sortlar üçün 4x2 m, heyva üçün 5x3 m, ərik üçün 8x5 m, şaftalı üçün 5x4 m, gilas üçün 8x5 m, fındıq üçün 8x6m, qoz üçün 8x8 m, badam üçün 8x6 m, şabalıd üçün 16x12 m müəyyən edilmişdir.
Tinglərin əkilməsi- Çalaları qazmazdan əvvəl əkin taxtası vasitəsi ilə hər bir çala qazılacaq yerə tingin əkiləcəyi yer itməsin deyə. iki tərəfdən iki ədəd nəzarət mıxçası çalmır. Cərgələrdə çalaların düzgün qazılması və habelə tinglərin düzgün əkilməsi üçün 2-2.5 metr uzunluğunda, 8-10 sm enində və 2-3 sm qalınlığında olanxüsusi əkin taxtasından istiladə edilir. Əkin taxtasının tən ortasında birədəd, kənarında isə iki ədəd kəsik olur. Onun ortasındakı kəsiyi ling əkiləcək yerə vurulmuş mıxçaya yanaşdırır və taxtanı yerindən tərpətmədən onun uclarındakıkəsiklərin hər birinə 30-35 sm uzunluğunda mıxça vurulur. Taxtanın kənarlarında olan ağac mıxçalara kontrol mıxçalar deyilir. Bunlardan sonra əkin taxtası götürülür və çala qazılır.
Əkilmiş meyvə tingləriniıı normal böyümələri, inkişafı, bol məhsul vermələri və habelə uzun müddət yaşamaları üçün çalaları dərin və geniş qazmaq lazımdır. Plantaj şumu edilmiş sahələrdə hər bir çalanın eni 70-80 sm. dərinliyi 60-70 sm olmalıdır. Tinglər payızda əkiləcəksə, çalalar əkinə 15-20 gün qalmış hazırlanmalıdır.
Meyvə bağlarından bol və yüksək keyfiyyətli məhsul almaq məqsədi ilə bağda əsas və tozlavıcı sortların yerləşdirilməsi işinə dair mövcud aqronomiya qaydalarında verilmiş tövsiyələrə əməl olunmalıdır.
Ting əkməzdən əvvəl çalanın dibində qidalı konus düzəldilir.
Bu konusun tərkibinə 10-15 kq çürümüş peyin, 150 qram superfosfat, 75 qram ammoniıım şorası, 50 qram kalium duzu qarışdırılır. Ting əkilməmişdən qabaq qazılmış hər bir çalanın mərkəzinə əkiləcək tingləri bağlamaq üçün ştambın boyundan asılı olaraq 125-140 sm hündürlüyündə olan düz paya vurulur. Bağda əkmək üçün seçilmiş tinglər təcrübəli işçilər tərəfindən diqqətlə nəzərdən keçirilir, kök sistemində olan kiçik zədələr və kök boğazından çıxan kiçik pöhrələr kəsilir. Əkiləcək tinglər standarta uyğun, tam sağlam, xəstəlik və zərərvericilərlə yoluxmamış olmalıdır. Tingləri əkməzdən əvvəl, müvəqqəti basdırılmış yerdən tələb olunan miqdarda çıxarıb qabaqcadan hazırlanmış peyin-gil horrasmda onların köklərini islatmaq lazımdır. Bütün bu işlər görüldükdən sonra tinglər əkin çalalarının yanına daşınır və əkinə başlanır.
Ting əkilməmişdən qabaq qazılmış hər bir çalanın mərkəzinə əkiləcək tingləri bağlamaq üçün ştambın boyundan asılı olaraq 125-140 sm hündürlüyündə olan düz paya vurulur. Bağda əkmək üçün seçilmiş tinglər təcrübəli işçilər tərəfindən diqqətlə nəzərdən keçirilir, kök sistemində olan kiçik zədələr və kök boğazından çıxan kiçik pöhrələr kəsilir. Əkiləcək tinglər standarta uyğun, tam sağlam, xəstəlik və zərərvericilərlə yoluxmamış olmalıdır. Tingləri əkməzdən əvvəl, müvəqqəti basdırılmış yerdən tələb olunan miqdarda çıxarıb qabaqcadan hazırlanmış peyin-gil horrasmda onların köklərini islatmaq lazımdır. Bütün bu işlər görüldükdən sonra tinglər əkin çalalarının yanına daşmır və əkinə başlanır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır