Azərbaycanda yetişdirilən bildirçin quş cinsləri və onların saxlanması - fermerlərə tövsiyə
2020-09-28 00:00:00
Bildirçinlərin bioloji xüsusiyyətlərinə görə toyuqkimilər dəstəsinə, qırqovul-kimilər fəsiləsinə daxil-dir. Bura kəkliklər, toyuqlar və qırqovullar da aid edilir. Dünyada olduqca çoxlu bildirçin cinsləri, onların krossları vardır. Bunlarda adi vəhşi bildirçini, lal bildirçini, mərmər bildirçini, çin bildirçini, virginiya bildirçini, manjuriya qızılı bildirçini, qara və ağ ingilis bildirçini, faraon bildirçini, kaliforniya bildirçin cinslərini göstərmək olar.
Bildirçinləri əhliləşdirməklə bir neçə məqsəd qarşıya qoyulmuşdur. Birinci növbədə onlardan yumurta və ət almaq nəzərdə tutulmuşdur. Sonralar isə onlardan dərman preparatları almaq, tez yetişkən olduqları üçün onların üzərində elmi tədqiqat işləri aparmaq, gözəllik məqsədi üçün istifadə etmək qarşıya məqsəd qoyulmuşdur.
Hal-hazırda dünyada bildir-çinlərin müxtəlif mutasiyalı 34 xətti vardır. Azərbaycanda hal-hazırda Yapon cinsi, Ağ ingilis cinsi yetişdirilir.
Yapon bildirçin cinsi . Seleksiya damazlıq işi bu cinsin yumurta məhsuldarlığın artırılması istiqamətində aparılır. Odur ki, bu cinsdən istifadə edilərək Mramor, Faraon cinsləri, eyni zamanda müxtəlif xətlər yaradılmışdır.
Erkəklərin çəkisi (orta hesabla) 110-120 qr, bəzi hallarda 130 qr, dişilərin çəkisi 138 qr, bəzi hallarda 150 qr olur. Yumurtalamağa 42 gündən başlayır. Yumurtanın çəkisi 9-11 qr, ümumi yumurta məhsuldarlığı 300 ədədə qədərdir. 1m2 sahədə 80-100 başa qədər yerləşdirmək olar. 1 baş bildirçin quş üçün 1,0-1,2 sm2 sahə nəzərdə tutulur.
Ağ İngilis bildirçin cinsi. Ağ İngilis bildirçin cinsinin erkəklərinin diri çəkisi 160-180 qr, dişilərinin çəkisi 140-160 qr olmaqla, yumurta məhsuldarlığı 280 ədədə qədərdir. Yumurtanın çəkisi 10-11 qr-dır.
İstehsal olunan yumurtanın ümumi kütləsi quşların diri çəkisi ilə müqayisədə 20 dəfə çoxdur. Quşlarda yetişkənlik dövü 40 gündən başlayır. Bildirçin quşlar üçün məhsuldarlıq dövrü 120 günlük yaşa qədərdir. Yumurtalama ilk 5 gündə 4%, sonrakı günlərdə 65 günə kimi məhsuldarlıq 72,6%-ə çatır. İlk günlər yumurtaların çəkisi 4-6 qr olur, sonralar isə çəki 10,78 qr-a qədər artır.
Zülalı yem kimi bil-dirçinlərə ilk gündə kəsmik, soyutma toyuq yumurtası (bir ədədi 45-50 cücəyə) verilir. Eyni zamanda bildirçin yumurtasından da istifadə etmək olar. Belə ki, 10 baş cücə üçün 1 bildirçin yumurtası nəzərdə tutulur. Bildirçinlər gündə 5 dəfə yemləndirilir və suvarılır. Yem qabları (30x30x2 ölçüdə) 10 günə kimi 100 baş hesabı ilə bina daxilində şahmat şəklində düzülməlidir. Su qabları isə paralel olaraq (1 su qabı 100 baş üçün) yem qablarının yanında yerləşdirilir. Hər yemləmə zamanı yem qabları və su qabları təmizlənib yuyulur. Bir baş üçün 2,5-3 sm yemləmə və suvarılma sahəsi nəzərdə tutulur. Bir günlükdən başlayaraq (bir baş üçün) yemlə birlikdə gündə 2-3 mq furozaolidon və ya antibiotiklər verilir. Beləliklə, cücələr mayalandırılır. Adətən ilk 10 gündə bir başa 05-1 mq biomisin və ya terramisin xalis antibiotik verilir və 15 gündən sonra həmin preparatların verilməsi təkrar olunur. 3-5 günündən başlayaraq cücələrə xırda doğranmış yonca, yaşıl ot, gicitkən və s. verilir.
Bu zaman binə daxilində temperatur və nəmlik nizamlanmalıdır. Cücələrin böyümə və inkişafında binanın temperaturunun böyük əhəmiyyəti vardır. Bir günlük cücələr üçün isti ən mühüm amil sayılır. Çünki, onlar özlərini müdafiə edə bilmirlər. Ona görə də ilk gündə bina daxilində 35-370C, 2-ci gündə 310C, 3-cü gündə 270C temperatur və 65-70% nisbi nəmlik olmalıdır. Temperaturu ölçmək üçün termo-metirdən, nəmliyi ölçmək üçün isə psixrometrdən istifadə edilir. Bu cihazlar döşəmədən 50 sm hündürlükdən asılmalıdır. Bi-nanı qızdırmaq üçün xüsusi qızdırıcılardan, eyni zamanda infraqırmızı şüa sintez edən süni (gücü 300 Vt olan) lampalardan da istifadə etmək olar. Lampalar döşəmədən 30 sm hündürlükdən asılmalıdır. Bina daxilində hava axınının sürəti ilin soyuq aylarında 0,2 m/saniyə, ilin isti aylarında isə 0,4 m/saniyə normal hesab olunur. Bu zaman 1kq canlı kütlə üçün ilin soyuq aylarında 1,5 m3/saat, isti aylarında isə 5 m3/saat tələb olunur. İlk 2 gün işıq 24 saat yandırılır. Sonradan mütəmadi olaraq azaldılır. İstifadə olunan 40 Vt gücündə olan asma lampalar 10 m2 sahə üçün nəzərdə tutulur. Bina daxilində işıqlanmanın gücünün 20-25 lk olması normal hesab edilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır