Kürdəmir rayonunda epizootiya əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir
2020-10-30 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Kürdəmir rayonunda aparılan işlər “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun həyata keçirilir. Rayon ərazisində iri və xırdabuynuzlu heyvanlarda bruselyoz, dabaq və ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə işi davam etdirilir. Artıq Kürdəmir rayonunda qarayara, nodulyar dermatit, leptospiroz, çiçək və quduzluq kimi xəstəliklərə qarşı vaksinasiya tədbirləri yekunlaşıb.
2020-ci ilin 10 ayı ərzində Kürdəmir rayonunun təsərrüfatlarında 125048 (o cümlədən 17500 baş cavanlarda) baş xırdabuynuzlu heyvanlarda çiçək, 100 baş donuzda taun, 60224 baş (o cümlədən 8669 baş cavanlarda) iribuynuzlu heyvanda nodulyar dermatit, 400 baş iribuynuzlu heyvanda leptezpiroz, 68546 baş (o cümlədən 13205 baş cavanlarda) iribuynuzlu, 107487 baş xırdabuynuzlu, 753 baş təkdırnaqlı heyvanda və 100 baş donuzda qarayara, 4950 baş itdə quduzluq, 63975 baş (o cümlədən 3422 baş cavanlarda) iribuynuzlu, 97556 baş xırdabuynuzlu heyvanda dabaq, 17139 baş iribuynuzlu (“Şt-19” ştammı ilə), 46498 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 1196607 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 1187396 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə qan nümunələri götürülür. Belə ki, 715 baş iribuynuzlu və 1667 baş xırdabuynuzlu heyvandan bruselyozun müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.
Müvafiq dövr ərzində Kürdəmir rayonunda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 2965 obyektin 62868 kvadratmetr sahəsində profilaktik dezinfeksiya işləri həyata keçirilib.
Məlumat üçün qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla aparılır. Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır