Zebu yüksək səmərə verən heyvandır
2020-09-30 00:00:00
Maldarlığa daxil olan növlər içərisində zebu (hürgüclü mal) öz genetik xüsusiyyətlərinə, bioloji və təsərrüfat əhəmiyyətinə görə başqa heyvanlardan fərqlənir. Qaramal cinslərindən fərqli olaraq zebu və hibridləri bir şəraitdən başqa şəraitə düşdükdə nəinki öz qiymətli xüsusiyyətlərini zəiflətmir və ya itirmir, hətta onları yeni şəraitlə əlaqədar olaraq bir qədər təkmilləşdirir və möhkəmləndirir.
Zebu Hindistanda, Pakistanda, Afrika ölkələrində, Yaxın Şərq ölkələrində-İranda, İraqda, Suriyada, İsraildə, Ərəbistan yarımadasında, Azərbaycanda və Orta Asiya respublikalarında (Türkmənistanda, Özbəkistanda və Tacikistanda) yayılmışdır.
Respublika miqyasında zebunun bioloji potensialından faydalı istifadə etmək üçün əlverişli şərait vardır. Bu isə praktiki cəhətdən zoomühəndislərin zebu və zebuqanlı heyvanlar haqqında dərin biliyə malik olması tələbini irəli sürür.
Zebunun yüksək temperatura davamlığı onu dərisinin histoloji quruluşu, tər vəzilərinin fəaliyyəti və tük örtüyünün bioloji xüsusiyyəti ilə daha sıx əlaqədardır. İsti şəraitdə yetişdirildiyi zaman zebunun tük örtüyü qısa və seyrək olur. Tər vəzilərinin morfoloji quruluşu isti havalarda zebularda tərləmənin intensivləşməsini təmin edir. Bütün bunların sayəsində zebu və hibrid orqanizmi yüksək dərəcədə istilik nizamlama qabiliyyəti qazanmışdır.
Orqanizmin istiliyi ötürmə qabiliyyəti onların dərisində tər vəzisinin intensiv hasil olunması ilə əlaqədardır. Bu da onların isti mühitə uyğunlaşması deməkdir.
Qaramaldan fərqli olaraq normal həyat ərzində zebu az su tələb edir. Bu da onun nəticəsinin qaramalınkına nisbətən quru ixrac olunması ilə uyğunlaşdırılır.
Azərbaycan zebusu və onun hibridləri bruselyoz kimi kəskin yoluxucu və geniş yayılmış xəstəliyə qarşı da davamlıdırlar. Brusellyozla xəstələnmə halları qaramal və camış naxırında uyğun olaraq 9,3 və 6,1% olduğu halda, zebu və hibridlərində 0,5-1,0%-dən çox olmur. Zebu və zebunövlü heyvanlar brusellyoza tutulduqda belə, onu yüngül keçirirlər.
Zebunun yoluxucu xəstəliyə dözümlü olması onun qalın dəri, möhkəm əzələ və spesifik tərə məxsus olması ilə izah edilir.
Zebu teylerioz xəstəliyinə təsadüfi halda tutulur. Bu xəstəliyə tutulmuş zebunun temperaturu 3-4 gün qalxır, sonra yenidən normal hala düşür. Ancaq zebu və hibridlərdə 1-3% təsadüf edilir. Zebu priplazmoz, babenoz-anaplazmoz xəstəliklərini də çox yüngül keçirir. Zebunun qan-parazitar xəstəliklərə qarşı təbii davamlılığını onlarda anadangəlmə həmin xəstəliklərin törədicisi olan gənələri dəfetmə qabiliyyətinin olması ilə əlaqələndirilir. Zebu və hibridlər dünya maldarlığına çox böyük iqtisadi zərər vuran dabağa qarşı da təbii olaraq davamlıdırlar. Onlar bu xəstəliyə tutulduqda belə, onu yüngül keçirirlər.
Zebu və hibridlər vərəm xəstəliyinə də son dərəcə az tutulur. Hələ heç bir ölkədə zebu naxırının bütünlüklə vərəmlə yoluxması halı qeydə alınmamışdır. Ədəbiyyat məlumatlarına görə zebu və zebunövlü mal naxırında vərəmlə xəstələnmə 1%-dən çox olmur. Zebu və hibridlər göstərilən müsbət bioloji xüsusiyyətlərdən başqa, təsərrüfat əhəmiyyətli əlamətlərinə, xüsusən mədəni qaramal cinslərinin pis istifadə etdiyi və ya bir çox hallarda bütünlüklə istifadə edə bilmədiyi qara kobudlaşmış yerli yemlərdən yüksək həzməgedicilik şəraitində maksimum istifadə etmələrinə görə də iqtisadi cəhətdən səmərəlidir.
Zebu və zebunövlü heyvanların ət məhsuldarlığı və ətin qidalılıq dəyəri də qaramaldan yüksəkdir.
Qeyd edək ki, Azərbaycanda zebuçuluq təsərrüfatlarında saxlanılan əsas zebu cinsləri Azərbaycan zebusu və Kuba zebusudur. Azərbaycan zebusundan alınmış hibrid inəklərin naxır üzrə orta süd məhsuldarlığı 2500-3000 kq-a, süddə yağlılıq 4,7-5,0%-ə çatır. Yerli cinslərin məhsuldarlığını və xəstəliklərə dözümlülüyünü artırmaq üçün onların zebularla cütləşdirilməsindən alınmış hibridlərindən istifadə olunur. Belə ki, 18 aylıqda orta hesabla intensiv (bol yemləmə) bəsləmədə yerli qaramaldan alınmış erkək danaların canlı kütləsi 330-370 kq olduğu halda, hibridlərdən (Kuba zebusu x Kostroma) həmin yaşda 420-460 kq canlı çəki əldə olunur. Bu onu göstərir ki, hibridlərdən eyni bəsləmə şəraitində yerli qaramal cavanlarından 80-100 kq artıq çəki əldə edilir. Bununla yanaşı təmiz qanlı heyvanlar 1 kq çəki artımı üçün 9-9,5 yem vahidi sərf etdiyi halda, hibrid cavanları müvafiq olaraq 1 kq çəki artımına 7,2-7,5 yem vahidi sərf edir. Ən maraqlı cəhət ondan ibarətdir ki, qış şəraitindən düşərgə şəraitinə keçdikdə hibridlərdə heç bir dəyişkənlik baş vermir. Hibridlərin əti mərmərvari ət çeşidinə aid olduğu üçün keyfiyyətli ət hesab edilir. Ətində xolestrin və birləşdirici toxumanın azlığı onun keyfiyyətini yüksəldir.
Süd məhsuldarlığına görə hibridlər Qafqaz qonuru, Qara-ala və Klstroma cinslərindən nisbətən bazis yağlılığına çevirəndə hər laktasiyada 200-300 kq üstünlük təşkil edir. İnəklərin canlı kütləsi hibridlərdə 40-50 kq yüksək olur.
Bir laktasiya müddətində yerli inəklər 3090-3100 yem vahidi sərf etdiyi halda hibridlər 2800-2900 yem vahidi sərf edir. Yuxarıda qeyd edilən xüsusiyyətləri nəzərə alsaq aydın olar ki, hibridləşmə (zebudan istifadə) fermer təsərrüfatı üçün bu gün ət-süd məhsuldarlığını yüksəltmək, sabah üçün qiymətli elita damazlıq heyvanlar yaratmaq deməkdir. Çünki, xarici dövlətlərdə (ABŞ, Kanada, Avstriya) maldarlığın əsasını təşkil edən zebu qanlı heyvanlar damazlıq naxırların əsasını təşkil etməklə çox qiymətlidirlər.
Respublikamızda fəaliyyət göstərən fermer və sahibkarlara məhsuldar, xəstəliklərə, mühitə dözümlü, qaba yemlərdən yaxşı istifadə edə bilən uzunömürlü hibridlərin yaradılması üçün zebulardan istifadə olunmasını təklif edirik. Dünya təcrübəsi göstərir ki, zebu və yerli qaramal cinslərinin hibridləşməsi (zebu x qaramal) intensiv tezyetişkən, yüksək səmərə verən heyvan naxırlarının yaradılması deməkdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır