Qubada fermerlərə təlim keçirilib
2020-10-14 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Quba rayonunda heyvandarlıqla məşğul olan bir qrup fermerə “İribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Quba Rayonunun Baytarlıq İdarəsində keçirilən təlimdə idarənin rəisi Fərman Əhmədov bruselyoz xəstəliyi, onun yoluxma yolları, əlamətləri, diaqnozu, təfriqi diaqnozu, profilaktikası və müalicəsi, həmçinin peyvəndləmənin aparılması barədə məlumat verib. Eləcə də peyvəndləmə aparılan zaman şəffaflığın təmin olunması və soyuq zəncir rejiminə riayət olunması qaydaları, habelə dərmanların etibarlı təminatı, təsərrüfata düzgün çatdırılmasından danışılıb.
Həmçinin təlimdə qoruyucu maskalardan istifadə olunma, sosial məsafənin qorunması qaydalarına ciddi əməl edilməsinin vacibliyi tövsiyə edilib.
Təlimdə heyvan sağlamlığı, zoonoz xəstəliklər, onların yaranma səbəbləri və profilaktikası, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdə fermerlərə peyvəndləmələrin vaxtında və keyfiyyətlə aparması üçün baytar həkimlərinə müvafiq şərait yaratmaları tövsiyə olunub.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır