Ucarda 87 min başdan çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib
2020-11-12 00:00:00
Ucarda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və operativliyini təmin etmək məqsədilə dabaq xəstəliyinə qarşı növbəti payız kampaniyası davam etdirilir. Rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən cari ilin 10 ayı ərzində 87368 baş iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib.
Peyvəndləmə prosesini uğurla başa çatdırmaq üçün idarənin bütün sahə baytarlıq məntəqəsinin baytar həkimləri səfərbər olunub.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, epizootik sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Ucar rayonunda da “Soyuq zəncir” rejimi gözlənilməklə peyvəndləmə tədbiri aparılır. Dövlət vəsaiti hesabına alınan, üzərində qırmızı hərflərlə “SATILA BİLMƏZ” yazılan peyvənd vasitələri həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
2020-ci ilin əvvəlindən indiyə kimi Ucar rayonunda «Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun rayonun həm iri fermer, həm də fərdi təsərrüfatlarında 52718 baş (o cümlədən 9949 baş cavanlarda) iribuynuzlu, 53054 baş xırdabuynuzlu, 385 baş təkdırnaqlı heyvanda və 150 baş donuzda qarayara, 10 baş iribuynuzlu və 3500 baş itdə quduzluq, 4659 baş iribuynuzlu heyvanlarda leptospiroz, 62070 baş (o cümlədən 9052 baş cavanlarda) xırdabuynuzlu heyvanda çiçək, 87368 baş iribuynuzlu və 65398 baş xırdabuynuzlu heyvanda dabaq, 51931 baş (o cümlədən 8924 baş cavanlarda) iribuynuzlu heyvanda nodulyar dermatit, 21779 baş iribuynuzlu heyvanda (“Şt-19” ştammı ilə), 46952 baş xırdabuynuzlu heyvanda (“Rev-1” ştammı ilə) bruselyoz, 395677 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 389848 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyinin aşkara çıxarmaq məqsədi ilə 31 baş iribuynuzlu heyvan, 76 baş ana qoyun və 1322 baş qoçdan qan nümunələri götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Regional Sınaq Laboratoriyasına göndərilib. Bununla yanaşı 1322 baş qoçdan götürülən qan nümunəsi epididimitin seroloji müayinəsi üçün laboratoriyaya təqdim edilib.
Rayon ərazisində peyvəndləmə ilə yanaşı, mal-qaranın ektoparazitlərə qarşı çimizdirilməsi aparılıb. Eləcə də heyvanların saxlanıldığı yerlərdə dezinfeksiya işləri diqqətdə saxlanılıb. Belə ki, cari ilin 10 ayı ərzində Ucar rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 2345 baş iribuynuzlu heyvanda çimizdirilmə tədbiri aparılmaqla, 1595 obyektin 96267 kvadratmetr sahəsi dezinfeksiya olunub.
Hazırda Ucar rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Eləcə də ilin sonuna kimi cavan heyvanlar arasında qarayara əleyhinə revaksinasiya tədbirlərinin icrasının təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, mütəxəssislər yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına və xüsusi karantin rejiminin tələblərinə uyğun yerinə yetirirlər. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərilməsi və koronavirus infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır