Yevlax rayonunda xüsusi təhlükəli xəstəliklərə qarşı vaksinasiya işləri davam etdirilir
2020-10-19 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini planlı şəkildə davam etdirir.
2020-ci ilin yanvar ayından Yevlax rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra rayon ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, dabaq, bruselyoz, leptespiroz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, bruselyoz, çiçək, itlər arşında quduzluq və quşlar arşında nuykasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Yevlax rayonunun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilib. Ümumiyyətlə, 9 ay ərzində Yevlax rayonunu əhatə edən təsərrüfatlarda 72626 baş xırdabuynuzlu heyvanda çiçək, 61900 baş (o cümlədən 8628 baş cavan iribuynuzluda) iribuynuzlu heyvanda nodulyar dermatit, 10847 baş iribuynuzlu heyvanda leptospiroz, 56465 baş (o cümlədən 4372 baş cavan iribuynuzluda) iribuynuzlu, 100789 baş xırdabuynuzlu, 1042 baş təkdırnaqlı heyvanda və 96 baş dəvədə qarayara, 6194 baş itdə quduzluq, 72932 baş iribuynuzlu, 76411 xırdabuynuzlu heyvanda dabaq, 27413 baş iribuynuzlu (“Şt-19” ştammı), 71246 baş xırdabuynuzlu(“Rev-1” ştammı) heyvanlarda bruselyoz, 414560 baş körpə cücələrdə (“La-sota” ştammı) və 412493 baş quşlarda (“H” ştammı) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin bruselyoz və epididimit xəstəliklərini aşkara çıxarmaq məqsədi ilə heyvanlardan qan nümunələri götürülüb. Belə ki, 684 iribuynuzlu heyvandan, 1435 ana qoyundan, 3277 baş qoçdan bruselyozun və 3277 baş qoçdan epdidimitin müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.
Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin 9 ayı ərzində 626 quşda askaridioza, 1126 baş iribuynuzlu və 1891 baş xırdabuynuzlu heyvanlarda diktikaulyoza, 2276 baş iribuynuzlu və 2977 baş xırdabuynuzlu heyvanda fassilyoza, eləcə də 2978 baş xırdabuynuzlu heyvanda tizaniezioza və 998 xırdabuynuzlu heyvanda monezioza görə koproloji müayinələr aparılıb.
9 ay ərzində Yevlax rayonunda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya və deratizasiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 1626 obyektin 822 kvadratmetr sahəsində profilaktik dezinfeksiya, 890 obyektin 7160 kvadratmetr sahəsində isə deratizasiya işləri həyata keçirilib.
Hazırda Yevlax rayonunda xırdabuynuzlu və iribuynuzlu heyvanların buruselyozuna qarşı göz damcı üsulu ilə, mal-qaranın dabaq xəstəliyinə qarşı peyvəndləmə, eləcə də cavan iribuynuzlu heyvanlarda qarayaraya əleyhinə vaksinasiya tədbirləri davam etdirilir.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitində aparılması, heyvanların günvurma və istivurmadan qorunması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Qeyd edək ki, kənd təsərrüfatı heyvanlarının xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq 2020-ci ildə GMP və biotəhlükəsizlik standartlarına cavab verən yüksək keyfiyyətli peyvənd vasitələrindən istifadə edilib. Belə ki, əvvəllər qarayara xəstəliyinə qarşı Şt-55 vaksininin quru forması işlədilirdi ki, bu zaman da onun istifadə olunmasında biotəhlükəsizlik tələblərinə riayət olunması çətinlik yaradırdı. Bunu nəzərə alaraq cari ildə Şt-55 vaksininin 30%-li qliserin məhlulunda hazırlanmış maye formasına üstünlük verilib. Həmçinin, dabaq əleyhinə iri və xırdabuynuzlu heyvanlarda tətbiq olunan vaksinlərin də yüksək keyfiyyətli yağ tərkibli Türkiyə istehsalı olan seriyalarından alınması təmin edilib.
Məlumat üçün onu da qeyd edək ki, rayon (şəhər) baytarlıq idarələri tərəfindən bioloji və dərman preparatlarının göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır