Payızlıq taxıl əkini sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılmışdır
2020-10-19 00:00:00
Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi üzrə fəaliyyət göstərən yerli qurumları tərəfindən 2021-ci ilin məhsulu üçün əkilmiş payızlıq taxıl əkini sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə artıq əksər taxılçılıq rayonlarında bu zərərvericilərlə bağlı müşahidə və mübarizə tədbirlərinə start verilmiş və əsas diqqət bu zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılmasına yönəlmişdir.
2020-ci ilin sentyabr ayı və oktyabr ayının birinci yarısında respublika ərazisində bu zərərverici ilə bağlı ümumilikdə 22089.0 hektar ərazidə müşahidələr aparılmış, 6189.0 hektar ərazidə sirayətlənmə aşkar edilmişdir. Mütəxəssislərin məsləhət və tövsiyələri əsasında 367.7 hektar ərazidə aqrotexniki və mexaniki mübarizə tədbirləri həyata keçirilmiş, 1888.5 hektar sahədə isə büdcə vəsaiti hesabına alınmış dərman preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri aparılmışdır. Mübarizə tədbirləri əsasən Tovuz, Şəmkir və Şabran rayonlarının ərazisində aparılmışdır.Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Fermerlərə siçanabənzər gəmiricilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına, rayon bitki mühafizəsi mərkəzlərinə müraciət olunması tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır