Bölgələrdə çəyirtkəkimilərin küpələrinin payız müşahidələri davam etdirilir
2020-11-17 00:00:00
Növbəti ildə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili, eləcə də proqnoz məlumatlarının hazırlanması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin məskunlaşdığı ərazilərdə mütəmadi monitorinqlər həyata keçirilir. Belə ki, noyabr ayı ərzində Ağstafa, İmişli, Saatlı, Göygöl, Ağsu və Hacıqabul rayonlarında çəyirtkəkimilərin küpələrinin aşkar edilməsi məqsədi ilə monitorinqlər aparılıb.
Küdrü düzünün Saatlı və İmişli rayonlarının ərazisinə düşən hissəsinin 315 hektar sahəsində müşahidələr aparılıb, 85 hektar sahədə sirayətlənmə aşkar olunub.
Qeyd edək ki, ərazilərdə aşkar edilmiş küpələrdə olan yumurtaların 85-90%-i sağlamdır.
Şabran rayonunda 1717 hektarda müşahidə, 1365 hektarda sirayətlənmə, Hacıqabul rayonunda 82 hektarda müşahidə, 14 hektarda sirayətlənmə aşkarlanmışdır. Ümumilikdə, respublikanın müxtəlif bölgələrində noyabr ayınada 4587 hektarda müşahidə, 795 hektarda sirayətlənmə aşkar edilmişdir.
Qeyd edək ki, 2020-cu ilin sentyabr-noyabr aylarında respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin küpələrinin payız müşahidələri ilə bağlı 6788 hektarda müşahidə və 1648 hektarda sirayətlənmə müəyyən olunub.
Aqrar Xidmətlər Agentliyini bildirir ki, bölgələrdə Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin payız müşahidələri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır