DƏVƏNİN TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
2020-10-21 00:00:00
Şərq ölkələrində «səhra gəmisi» adlandırılan dəvə bütün digər heyvanlardan özünəməxsus xüsusiyyətləri ilə seçilir. Hazırda Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbistan, Orta Asiya və bəzi Afrika ölkələri dəvəçiliyin ən çox inkişaf etdiyi regionlar sayılır. Təkcə Afrikada 20-dək dəvə cinsi yetişdirilir. Qeyd edək ki, dəvələr üç cinsli olur: birhörgüçlü (dromoder), ikihörgüçlü (bakterian) və hörgüçsüz. Hörgüçsüz dəvə birhörgüçlü ilə ikihörgüçlünün törəməsidir. Bakterian ətlik, dromoder isə südlük cins sayılır.
Dəvələrin saxlanıldığı ölkələrdə ondan həm yük və minik vasitəsi kimi istifadə edir, həm də əti, südü, yunu və dərisindən yararlanırlar.
Dəvələrin gözü ikiqat kirpiklidir. Bu da onun gözlərini səhranın qum tozanağından qoruyur. O kəskin görmə və qoxubilmə qabiliyyətinə malikdir. Bu canlı istiyə ən dözümlü heyvan sayılır. Onu bütün vücudunu örtən sıx tıklər isti və soyuqdan qoruyur. Dəvələr 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilirlər. Yaşlı dəvə gündə 25-30 litr su içir. Amma onlar yeganə canlıdır ki, 10-12 gün susuz da yaşaya bilir. Dəvələr günlərlə ac qala da bilirlər ki, bu zaman onun köməyinə hörgüçləri gəlir. Hörgüçlərdə vücud ağırlığının beşdə biri qədər piy toplanır. Ac qalan dəvə yaşaması üçün hörgüçlərindəki piy toxumalarında toplanan su və enerjidən istifadə edir. Hörgüçlərdə piy toxumaları azalarkən onlar yana əyilir.
Şərq ölkələrində «şubat» adlandırılan dəvə südü tibb elminin inkişaf etmədiyi dövrlərdə mədə-bağırsaq, vərəm əleyhinə ən yaxşı müalicə vasitəsi sayılıb. Vaxtı ilə Şərq ölkələrində döyüşə gedən əsgərlərə dəvə südü içirdirlərmiş ki, onun orqanizmi xəstəliklərə və susuzluğa dözümlü olsun.
Cütləşmə dövründə bu heyvanların həssaslığı artır. Bu zaman dəvələrlə aqresiv davranmaq, onları qamçılamaq, vurmaq qətiyyən olmaz. Cütləşmə zamanı erkək nər həyəcanlanarkən onun ağzından köpük axır. Bu zaman onunla aqressiv davranan insanlardan mütləq qisas almağa çalışır. Cütləşmə dövründə erkək dəvələr arasında tez-tez qovğalar baş verir. Dəvənin boğazlıq dövrü 13 aydır, balası köşək adlanır. Dəvə sahibinin əmrlərinə dərhal tabe olur, onun bir sözü ilə əyilib-qalxır.
Statistik məlumatlara istinad etsək Azərbaycanda dəvələrin sayı 1921-ci ildə 8000 baş, 1935-ci ildə isə 10263 baş olmuşdur. Təəssüf ki, kolxoz quruculuğunun ilk illərindən dəvəçiliyin iqtisadi əhəmiyyəti düzgün qiymətləndirilmədi, daha doğrusu, bu sahə başlı-başına buraxıldı. Dəvələr sürətlə azalmağa başladı. 1941-ci ildə 6500 baş, 1968-ci ildə 500 baş, 1974-cü ildə 200 baş, 1984-cü ildə 182 baş olmuşdur. Müstəqilliyimizin ilk illərində də dəvələrin baş sayının azalması müşahidə edilmiş, 1998-ci ildə onun sayı 162 başa enmişdir. Hal-hazırda bu heyvanların sayında artım müşahidə edilir, artıq onların sayı 420 başdır.
Dəvələr səhra və yarımsəhrada yaşayan heyvanlardır. Onlar əsasən kol və tikanlı bitkilərlə qidalanırlar, sürü halında yaşayırlar. Dəstəyə erkək dəvə-nər başçılıq edir. Dəvə yeganə heyvandır ki, bitkini dibdən-kökündən qoparmır. Ondan öz payını götürür-bir sözlə, dəvə mal-qaranın yay və qış otlaqlarından istifadə etdiyi yemlərə xələl gətirmir. Onlar yalnız gündüz otlayır, gecə isə bir-birinə qısılıb yatır. Hətta, şor-dəniz suyunu da bu heyvanlar içir. Yaşlı dəvə gündə 25-30 litr su qəbul edir. 47 dərəcə istidə 10-17 gün susuz qala bilir. Onlar 60-70 km məsafədə suyun səmtini asanlıqla müəyyənləşdirirlər.
Digər ev heyvanlarına nisbətən çox sürətlə böyüyürlər, 4-5 aylığında 140-160 kq, bir yaşının tamamında 220-270 kq-a, 15 aylığında bakterionlar 310 kq, bakterionlarla dromedar birinci nəsil mələzləri 390-410 kq çatırlar. Erkək dromedarlar bəzən 1300 kq gəlir.
Dəvənin əti tərkibinə görə çox zəngindir. Dəvə ətindən dadlı, ləzzətli qutab, küftə, lülə kabab hazırlanır. Bu ət dietik olmaqla yanaşı, həm də güclü müalicəvi əhəmiyyətə malikdir. Sarılıq, şəkərli diabet xəstəlikləri zamanı faydalı təsir göstərir. Bədənə istilik verir, daxili orqanların fəaliyyətini gücləndirir.
Dəvənin südü bol və keyfiyyətlidir. Arvana bir laktasiya müddətində orta hesabla 4500-5000 litr, bakterion 1000-1700 litr süd verir. Südün yağlılığı birincidə 4-4,5%, ikincidə isə 5,5 %-dir. Bu süd adi havada 2-3 sutka qalsa belə xarab olmur. Ondan bütün süd məhsulları hazırlanır. Xalq təbabətində və müasir təbabətdə göy öskürək, boğaz ağrıları, vərəm və müxtəlif mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.
Elmi-tədqiqatların son nəticələri göstərir ki, adi otlaq şəraitində bəslənən dəvənin məhsuldarlığı tam sənaye təməli üzərində qurulan qaramalın məhsuldarlığından xeyli yüksəkdir.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində dəvə südü ilə birlikdə dəvənin qanı və sidiyi də müalicəvi vasitə kimi satılır.
Dəvələrin qanında olan “nanobady” adlanan antitellərin müalicəvi xüsusiyyəti kəşf edilib. Dəvə antitellərinin virusları tutub öldürdüyünü öyrənən tədqiqatçılar QİÇS və xərçəng kimi xəstəliklərin müalicəsində antitellərin təsirli olacağını bildirirlər. Bu şəfalı süddə inək südündən 10 dəfə çox dəmir və 3 dəfə çox C, B və digər vitaminlər var. Vitamin və minerallarla zəngin olan dəvə südü eyni zamanda bir çox xəstəlik üçün müalicəvi əhəmiyyətə malikdir. Aparılan tədqiqatlar nəticəsində bu südün diabet xəstələrinin həyat səviyyəsini qaldırdığını, autizm xəstələrinə müsbət təsir etdiyini, immun sistemini gücləndirdiyini və bu səbəbdən, üzə çıxan xəstəliklərin müalicəsində faydalı olduğu müəyyən edilib. Bütün bunlarla yanaşı, dəvə südü su və qida ehtiyacının çox olduğu səhra şəraitində yaşayan insanlar üçün, əlbəttə, çox əhəmiyyətlidir. Dəvə südü ilə, həmçinin güclü allergiyanı da müalicə etmək mümkündür. Güclü qida allergiyasında, dəvə südü, uşaqların immun sistemini bərpa etməyə malikdir.
Alimlərin elmi tədqiqatlarına əsasən dəvə sidiyinin tərkibində orqanizm üçün faydalı olan bir çox maddələr vardır: protein, azot, albumin, sidik cövhəri, kreatin, sidik turşusu, kreatinin, natrium, kalium, kalsium, maqnezium, mis, dəmir və sink.
Həmçinin, ərəblərin xalq təbabətində dəvə sidiyi qarın boşluğu xəstəlikləri, asma və təngnəfəsliyin, eləcə də xərçəngin müalicəsi üçün yararlı bir dərman hesab olunur.
Dəvə yununa görə də məhsuldar heyvandır. İldə bir dəvə orta hesabla 10-14 kq yun verir. Onun yunu zərif yunlu qoyunun yunundan qiymətlidir. Xalq təbabətində dəvə yununu yandırıb yaraya qoymaqla qanaxmanı kəsirlər. Dəvə yunundan hazırlanmış paltar yel ağrısının qənimidir. Revmatizm xəstəliyində dəvə iliyindən və ürkücünün piyindən istifadə edilir.
Gönü iribuynuzlu heyvanın gönündən daha qiymətlidir.
Sümüyündən zərgərlik məmulatı, təsbeh, qadın boyunbağısı və digər bəzək əşyaları hazırlanır.

Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır