Quzuların saxlanması və bəslənməsi gigiyenası-Fermerlərə tövsiyə
2020-12-02 00:00:00
Yerli iqlim şəraitdən asılı olaraq qoyunların doğumu qış və erkən yaz dövründə olur. Quzu doğulduqdan sonra ağız burnu təmizlənir, göbək kəsilir və anasının qarşısına qoyulur. Ana öz quzusunu yalayıb, selikdən təmizləyir. Yeni doğulan quzuları soyuqdan qorumaq üçün doğum binanın isti bölməsində təşkil edilməlidir. Qəfəslər təmiz saxlanmalı, vaxtaşırı dezinfeksiya edilməli və döşəməyə qalın quru döşənək (saman) səpilməlidir.
Qoyun doğduqdan sonra çobanlar sonun düşməsinə nəzarət etməlidirlər, son düşən kimi onu götürüb dərin basdırmaq lazımdır. Quzu doğulduqdan 30 dəqiqə sonra ona ananın ağız südü verilməli, sonra isə iki saatdan bir əmizdirilməlidir. Quzular anasını əmsin deyə qoyunlar birinci günlər hər iki saatdan, sonra isə hər 3-4 saatdan bir binaya gətirilir. Qoyunlar yatağa gətirildikdə quzular ayrıca xal-xala salınaraq onlara konsentrat və mineral yemlər verilir. Bundan başqa, quzulara xal-xalda dəstə-dəstə bağlanmış ot və ya yumşaq ağac budaqları asılır. Quzular 10 günlüyündə quru ot, silos pastası, yerkökü, şəkər çuğunduru, 3 həftəliyində isə vələmir, buğda, kəpək və jımıx qarışığı, konsentrat yemlər qəbul etməyə öyrədilir.
Qarışıq yemlər ilk günlər hər baş quzuya 25 q verilir, sonralar isə tədricən artırılır. Süddən ayrılan quzulara hər gün 200-300 q qarışıq yem verilir. Konsentrat yemə 5-10 q sümük unu, 3-5 q tabaşir, 2-4q xörək duzu, habelə mikroelementlər qatılır. Yemdə mineral maddələrin çatışmaması nəticəsində onlara tük və torpaq yeməyə meyl yaranır. Vitaminli yem kimi quzulara balıq yağı, cücərmiş dən, iynəyarpaqlı bitkilərdən hazırlanmış un verilir.
Quzular iki həftəliyindən sonra bir dəfə gəzintiyə buraxılır və gündə 2-3 dəfə su içirdilir.
Hər quzuya gündə 5-10q xörək duzu verilməlidir. Erkək və dişi quzular ayrı otarılır. Dişi sürüsünə bir neçə baş yaşlı qoyun, erkək sürüsünə isə bir neçə yaşlı axtalanmış qoç qatılır.
Respublikamızda qoyunlar əsasən otlaq və otlaq pəyə şəraitində saxlanır. Bütün hallarda qoyunçuluq təsərrüfatlarından yüksək məhsul almaq və sağlam quzu əldə etmək üçün baytarlıq-sanitariyasının tələb şərtləri ardıcıl və keyfiyyətli olaraq həyata keçirilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır