Qobustan rayonunda profilaktik tədbirlər davam etdirilir
2020-11-05 00:00:00
Ölkəmizdə epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən mal-qara arasında yayıla biləcək xüsusi təhlükəli xəstəliklərə qarşı müalicə-profilaktika tədbirləri davam etdirilir. Qobustan rayonunda da bu tədbirlər uğurla icra olunur. Epizootik tədbirlərin aparılması və “Soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımı vaksinlərlə, müalicə dərmanları, dezinfeksiya, dezinseksiya maddələri, müxtəlif növ baytarlıq avadanlıq və ləvazimatları, xüsusi geyim vasitələri və sairə ilə təmin olunublar.
Əsasən kənd təsərrüfatı rayonu olan Qobustan rayonunda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Bunun üçün mal-qaranın cins tərkibi süni mayalanma və xarici ölkələrdən gətirilən damazlıq heyvanların hesabına yaxşılaşdırılır. Mal-qaranın xəstəliklərdən qorunması daim diqqət mərkəzindədir.
Qabaqlayıcı tədbirlər həm iri fermer, həm də fərdi təsərrüfatlarda aparılır. 2020-ci ilin tədbirlər planına əsasən ilin əvvəlindən indiyə kimi, yəni cari ilin 10 ay ərzində baytarlıq idarəsi və 12 sahə baytarlıq məntəqəsinin həkim və texnikləri tərəfindən rayonunda 30641 baş (o cümlədən 4627 baş cavanlarda) iribuynuzlu, 174802 baş xırdabuynuzlu və 568 baş təkdırnaqlı (o cümlədən 513 baş at və 55 ulaq) heyvanda qarayara, 2428 baş sahibli itdə və 2610 baş vəhşi heyvanda (oral yolla) quduzluq, 47765 baş (o cümlədən 3378 baş cavanlarda) iribuynuzlu və 146625 xırdabuynuzlu heyvan dabaq, 11143 baş iribuynuzlu heyvan leptospiroz, 121127 baş xırdabuynuzlu heyvanda çiçək, 28915 baş (o cümlədən 3380 baş cavanlarda) iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 15339 baş iribuynuzlu(S-19 ştammı ilə) və 151876 baş xırdabuynuzlu(Rev-1 ştammı ilə) heyvanda bruselyoz və 79821 baş 3 ayığa qədər körpə cücədə (“La-sota” ştammı ilə) və 79066 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyinin müəyyən etmək məqsədi ilə 26 baş iribuynuzlu heyvandan, 890 baş qoçdan qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Eləcə də 890 baş qoçun qanı epididimitə görə laboratoriyada seroloji müayinə olunub.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri- dezinfeksiya, dezinseksiya və çimizdırmə işləri həyata keçirilir. Cari ilin 10 ayı ərzində Qobustan rayonunda baytarlıq mütəxəssisləri tərəfindən yoluxucu xəstəliklərə qarşı 43 obyektin 27700 kvadratmetr ərazisi profilaktik, 2 obyektin 480 kvadratmetr ərazisi məcburi dezinfeksiya edilib.
Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı informasiya verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmayır. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür.
Aparılan tədbirlərin nəticəsidir ki, rayonda epizootik sabitlik qorunub saxlanılıb, yəni rayonda istehsal olunan ət və süd məhsulları baytarlıq-sanitariya baxımından keyfiyyətli və insan qidası üçün yararlıdır. Çünki heyvanlar arasında hər hansı iti yoluxucu xəstəlik aşkar edilməyib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır