Ağsuda heyvan xəstəliklərinə qarşı aparılan tədbirlər yekunlaşıb
2020-12-04 00:00:00
Ağsuda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və operativliyini təmin etmək məqsədilə 2020-ci ilin əvvəlindən epzootik tədbirlərə start verilib. Peyvəndləmə prosesini uğurla başa çatdırmaq üçün idarənin bütün sahə baytarlıq məntəqəsinin baytar həkimləri səfərbər olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, epizootik sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Ağsu rayonunun 15 sahə baytarlıq məntəqəsinin hər birində “Soyuq zəncir” rejimi gözlənilməklə peyvəndləmə tədbiri aparılıb. Dövlət vəsaiti hesabına alınan, üzərində qırmızı hərflərlə “SATILA BİLMƏZ” yazılan peyvənd vasitələri həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilib.
Ağsu rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindən hesab edilir. Hazırda rayon ərazisində 35 min baş iribuynuzlu mal-qara, 115 min baş qoyun-keçi, 500 baş təkdırnaqlı və 400 min baş quş bəslənilir. Bu heyvanları xüsusi təhlükəli xəstəliklərdən qorumaq məqsədi ilə cari ilin yanvar ayından indiyə kimi Ağsuda «Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun 39246 baş (o cümlədən 6044 baş cavanlarda) iribuynuzlu, 111222 baş xırdabuynuzlu, 478 baş təkdırnaqlı heyvanlarda qarayara, 3655 baş it və 2070 baş vəhşi heyvanlarda quduzluq, 3244 baş iribuynuzlu heyvanlarda leptospiroz, 95206 baş (o cümlədən 7336 baş cavanlarda) xırdabuynuzlu heyvanlarda çiçək, 57264 baş iribuynuzlu (o cümlədən 3846 baş cavanlarda) və 100116 baş xırdabuynuzlu heyvanlarda dabaq, 36236 baş (o cümlədən 3564 baş cavanlarda) iribuynuzlu heyvanlarda nodulyar dermatit, 2099 baş iribuynuzlu heyvanlarda (“Şt-19” ştammı ilə), 118074 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 397508 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 382923 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib. Planauyğun şəkildə aparılan baytarlıq tədbirləri nəticəsində rayonda epizootik sabitlik qorunaraq saxlanılıb.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyinin aşkara çıxarmaq məqsədi ilə 788 baş iribuynuzlu heyvandan və 1169 baş ana qoyundan qan nümunələri götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Regional Sınaq Laboratoriyasına göndərilib.
Rayon ərazisində peyvəndləmə ilə yanaşı, mal-qaranın saxlanıldığı yerlərdə dezinfeksiya işləri diqqətdə saxlanılıb. Belə ki, cari ilin 11 ayı ərzində Ağsu rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 231 obyektin 80800 kvadratmetr sahəsində profilaktiki, 397 obyektin 77700 kvadratmetr sahəsində isə məcburi dezinfeksiya edilib.
Qeyd edək ki, baytarlıq mütəxəssisləri yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına və xüsusi karantin rejiminin tələblərinə uyğun yerinə yetiriblər. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparıblar.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərilməsi və koronavirus infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunub.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır