Qazax rayonunda epizootik tədbirlər yekunlaşıb
2020-12-09 00:00:00
Rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Həmçinin aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Qazax rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, leptospiroz, çiçək, itlər arasında quduzluq və quşlar arasında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Heyvanlar və quşlar arasında xüsusi təhlükəli xəstəliklər qeydə alınmayıb, mal-qaranın və quşların kütləvi tələfatına yol verilməyib.
Cari ilin 11 ayı ərzində Qazax rayonunda yoluxucu xroniki xəstəlik olan bruselyoz xəstəliyinə qarşı profilaktiki tədbirlər davam etdirilib. Həssas heyvanlarda bruselyozun müəyyən edilməsi məqsədi ilə 217 baş iribuynuzlu, 23 baş ana qoyun və 2836 baş qoçdan qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Regional Laboratoriyasına təqdim olunub. Eləcə də 2836 baş qoçun qanı epdidimitə görə seroloji müayinə məqsədi ilə laboratoriyaya göndərilib.
Habelə, 11 ay ərzində Qazax rayonunun ayrı-ayrı təsərrüfatlarında 28299 baş (o cümlədən 4371 baş cavanlarda revaksinasiya) iribuynuzlu, 80404 baş xırdabuynuzlu heyvan, 1057 baş atda qarayara, 4979 baş sahibli itdə quduzluq, 96161 baş (o cümlədən 9189 baş cavanlarda) xırdabuynuzlu heyvanda çiçək, 51135 baş (o cümlədən 1822 baş cavanlarda) iribuynuzlu və 103352 baş xırdabuynuzlu heyvanda dabaq, 33702 baş (o cümlədən 5814 baş cavanlarda) iribuynuzlu heyvanda nodulyar dermatit, 3161 baş iribuynuzlu heyvanda leptespiroz, 9653 baş iribuynuzlu heyvanda (Şt-19 vaksini ilə), 73953 baş xırdabuynuzlu heyvanda (Rev-1 vaksini ilə) bruselyoz, 304020 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) və 291166 baş ev quşlarında nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri və dezinfeksiya işləri həyata keçirilib. Cari ilin 11 ayı ərzində Qazaxda baytarlıq mütəxəssisləri tərəfindən 1706 obyektin 46900 kvadratmetr ərazisində profilaktik dezinfeksiya, 2 obyektin 600 kvadratmetr ərazisində məcburi dezinfeksiya işləri görülüb.
Hazırda rayonda 2020-ci ilin epizootik tədbirləri yekunlaşıb və Qazax Rayon Baytarlıq İdarəsi növbəti ilin tədbirlərinə hazırlıq görür.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi karantin sərt rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir. Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda yeni koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş xüsusi karantin rejiminin qaydalarına və epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı tədbirlər davam etdirilir və respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır