Qusar rayonunda profilaktik tədbirlər davam etdirilir
2020-11-19 00:00:00
Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
2020-ci ilin yanvar ayından Qusar rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra rayon ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, dabaq, bruselyoz, leptespiroz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, bruselyoz, çiçək, donuzlar arasında qarayara, klassik taun, itlər və vəhşi heyvanlar arasında quduzluq və quşlar arasında nuykasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Qusar rayonunun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilib.
Ümumiyyətlə, Qusar rayonunu əhatə edən təsərrüfatlarda 37301 baş (o cümlədən 5593 baş cavanlarda) iribuynuzlu, 58139 baş xırdabuynuzlu, 954 baş təkdırnaqlı heyvanda və 274 baş donuzda qarayara, 53942 baş (o cümlədən 3678 baş cavanlarda) iribuynuzlu, 46259 baş xırdabuynuzlu heyvanda dabaq, 199 baş donuzda taun, 2992 baş iribuynuzlu heyvanda leptezpiroz, 17 baş iribuynuzlu heyvanda, 4353 baş it və 2100 baş vəhşi heyvanda quduzluq, 37415 baş(o cümlədən 1859 baş cavanlarda) iribuynuzlu heyvanda nodulyar dermatit, 60127 (o cümlədən 554 baş cavanlarda) baş xırdabuynuzlu heyvanlarda çiçək, 17435 baş iribuynuzlu (“Şt-19” ştammı ilə), 50389 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 349796 baş körpə cücələrdə (“La-sota”) və 331027 baş quşlarda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin bruselyoz və epididimit xəstəliklərini aşkara çıxarmaq məqsədi ilə heyvanlardan qan nümunələri götürülüb. Belə ki, 414 baş iribuynuzlu heyvandan və 1063 baş ana qoyundan, 1751 baş qoçdan bruselyozun və 1747 baş qoçdan epdidimitin müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Eləcə də 1 min baş iribuynuzlu heyvanda vərəm əleyhinə alleri müayinə aparılıb.
Hazırda Qusar rayonunda iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı əleyhinə vaksinasiya tədbirləri davam etdirilir. Tədbirin noyabrın sonunda yekunlaşması nəzərdə tutulur.
Müvafiq dövr ərzində Qusar rayonunda aparılan peyvəndləmə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya, deratizasiya işləri və çimizdiriləmə tədbirləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 3089 obyektin 192841 kvadratmetr sahəsində profilaktik, 11 obyektin 2900 kvadratmetr sahəsində məcburi dezinfeksiya və 80 obyektin isə 25150 kvadratmetr sahəsində deratizasiya işləri həyata keçirilib. Həmçinin cari ilin 10 ayı ərzində ektoparazitlərə qarşı 13213 baş iribuynuzlu, 2154 baş xırdabuynuzlu heyvan çimizdirilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, Qusarda aparılan baytarlıq tədbirləri sayəsində rayonda bəslənən heyvanlar arasında hər hansı xüsusi təhlükəli xəstəliyə təsadüf edilmir. Odur ki, rayonda epizootik vəziyyət sabitdir.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Məlumat üçün onu da qeyd edək ki, rayon (şəhər) baytarlıq idarələri lazimi miqdarda bioloji və dərman preparatlarla təmin olunmaqla, peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilməklə, yəni +2÷+8 °C-də temperatur rejimində saxlayan termoçamadanlar vasitəsi ilə sahələrə çatdırılmaqla heyvanlara tətbiq edilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır