Şəmkir rayonunda heyvanlar arasında peyvəndləmə işləri yekunlaşıb
2020-11-23 00:00:00
Rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Həmçinin aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, leptospiroz, çiçək, itlər arasında quduzluq və quşlar arasında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Heyvanlar və quşlar arasında xüsusi təhlükəli xəstəliklər qeydə alınmayıb, mal-qaranın və quşların kütləvi tələfatına yol verilməyib.
Cari ilin 10 ayı ərzində Şəmkir rayonda yoluxucu xroniki xəstəlik olan bruselyoz xəstəliyinə qarşı profilaktiki tədbirlər davam etdirilib. Həssas heyvanlarda bruselyozun müəyyən edilməsi məqsədi ilə 269 baş iribuynuzlu, 20 baş ana qoyun, və 1505 baş qoçdan qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Regional Laboratoriyasına təqdim olunub. Eləcə də 1504 baş qoçun qanı epdidimitə görə seroloji müayinə məqsədi ilə laboratoriyaya təqdim edilib.
Cari ilin 10 ayı ərsində Şəmkir rayonun ayrı-ayrı təsərrüfatlarında 56206 baş (o cümlədən 10544 baş cavanlarda revaksinasiya) iribuynuzlu, 189686 baş xırdabuynuzlu, 1963 baş təkdırnaqlı heyvanda qarayara, 608 baş ana qoyun və 9669 baş it quduzluq, 163718 baş xırdabuynuzlu heyvanda çiçək, 78970 baş iribuynuzlu və 144951 baş xırdabuynuzlu heyvanda dabaq, 54152 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 4876 baş iribuynuzlu heyvanda leptespiroz, 1 baş ana qoyun bradzot, 32276 baş iribuynuzlu heyvanda (“Şt-19” vaksini ilə), 190156 baş xırdabuynuzlu heyvanda (“Rev-1” vaksini ilə) bruselyoz, 599718 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 599890 baş ev quşda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Hazırda Şəmkir rayonunda bütün epizootik yekunlaşıb, yalnız dezinfeksiya işləri davam etdirilir.
Onu da qeyd edək ki, müvafiq dövr ərzində Şəmkir rayonunda aparılan peyvəndləmə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 183 obyektin 43519 kvadratmetr sahəsində profilaktik işləri görülüb.
2020-ci ilin 10 ayı ərzində həm də rayonda fəaliyyət göstərən süni malalanma texnikləri 745 baş iribuynuzlu heyvanda süni mayalanma həyat keçirərək, 528 baş sağlam bala-buzov alınıb.
Şəmkirdə heyvandarlığın inkişaf etdirilməsi, fermer təsərrüfatlarının yaradılması və əhalinin sağlam heyvan mənşəli məhsullarla təmin olunması məqsədi ilə baytarlıq mütəxəssisləri mütəmadi olaraq əhali, fermer və arıçılara arasında təlim xarakterli görüşlər keçirir, heyvan xəstəlikləri barəsində onlara ətraflı məlumatlar verirlər.
Qeyd edək ki, hazırda Aqrar Xidmətlər Agentliyi hərbi vəziyyətin elan olunduğu və yeni koronovirus infeksiyası ilə əlaqədar davam sərt karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir. Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır