İmişlidə heyvanlar arasında vaksinasiya tədbirləri yekunlaşıb
2020-12-22 00:00:00
Rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Həmçinin aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq İmişli rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, leptospiroz, çiçək, itlər arasında quduzluq və quşlar arasında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Heyvanlar və quşlar arasında xüsusi təhlükəli xəstəliklər qeydə alınmayıb, mal-qaranın və quşların kütləvi tələfatına yol verilməyib.
Cari ilin 11 ayı ərzində İmişli rayonda yoluxucu xroniki xəstəlik olan bruselyoz xəstəliyinə qarşı profilaktiki tədbirlər davam etdirilib. Həssas heyvanlarda bruselyozun müəyyən edilməsi məqsədi ilə 20 baş ana qoyun, 776 baş iribuynuzlu, 241 baş keçi və 3616 baş qoçdan seçmə üsulla qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Regional Laboratoriyasına təqdim olunub. Eləcə də 3616 baş qoçun qanı epdidimitə görə seroloji müayinə məqsədi ilə laboratoriyaya təqdim edilib.
Cari ilin 11 ayı ərsində İmişli rayonun ayrı-ayrı təsərrüfatlarında 9669 baş sahibli itlərdə və 2800 baş vəhşi heyvanlarda (oral yolla) quduzluq, 189434 baş xırdabuynuzlu heyvanlarda çiçək, 81101 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit, 5521 baş iribuynuzlu heyvanlarda leptospiroz, 90294 baş (o cümlədən 12859 baş cavanlarda) iribuynuzlu, 202292 baş xırdabuynuzlu, 1215 baş təkdırnaqlı heyvanlarda qarayara, 97655 baş (o cümlədən 21470 baş cavanlarda) iribuynuzlu və 167516 baş xırdabuynuzlu heyvanlarda dabaq, 33817 baş iribuynuzlu heyvanlarda (“Şt-19” vaksini ilə), 104857 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” vaksini ilə) bruselyoz, 490638 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) və 490482 baş ev quşlarında nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Hazırda İmişli rayonunda bütün epizootik yekunlaşıb, yalnız lazım gəldikdə dezinfeksiya işləri aparılır.
Onu da qeyd edək ki, müvafiq dövr ərzində İmişli rayonunda aparılan peyvəndləmə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 68 obyektin 11808 kvadratmetr sahəsində profilaktik, 13 obyektin 3500 kvadratmetr sahəsində isə məcburi dezinfeksiya işləri görülüb.
İmişlidə heyvandarlığın inkişaf etdirilməsi, fermer təsərrüfatlarının yaradılması və əhalinin sağlam heyvan mənşəli məhsullarla təmin olunması məqsədi ilə baytarlıq mütəxəssisləri mütəmadi olaraq əhali, fermer və arıçılara arasında təlim xarakterli görüşlər keçirir, heyvan xəstəlikləri barəsində onlara ətraflı məlumatlar verirlər.
Qeyd edək ki, hazırda Aqrar Xidmətlər Agentliyi yeni koronovirus (Covid-19) infeksiyası ilə əlaqədar davam sərt karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir. Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır