Bakı şəhəri və Bakıətrafı rayonlarda epizootiya əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir
2020-11-25 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) hərbi vəziyyətin elan edildiyi və xüsusi karantin rejiminin tətbiq olunduğu indiki dövrdə ölkə ərazisində təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Bakı şəhəri və şəhərətrafı rayonlarda aparılan epizootik tədbirlər “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun həyata keçirilir. Belə ki, ilin əvvəlindən şəhər və şəhərətrafı rayonlarda iri və xırdabuynuzlu heyvanlarda bruselyoz, dabaq və ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılıb. Artıq iribuynuzlu heyvanlarda qarayara, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, çiçək, körpə cücələrdə nyukasl və vəhşi heyvanlar arasında quduzluq kimi xəstəliklərə qarşı vaksinasiya tədbirləri yekunlaşıb.
2020-ci ilin müvafiq dövrü ərzində Bakı şəhərinə daxil olan təsərrüfatlarda 25850 baş (o cümlədən 2280 baş cavanlarda) iribuynuzlu, 35670 baş xırdabuynuzlu, 635 baş təkdırnaqlı heyvanda və 1400 baş donuzda qarayara, 44050 baş (o cümlədən 4865 baş cavanlarda) iribuynuzlu, 32260 baş xırdabuynuzlu heyvanda dabaq, 1390 baş donuzda taun, 1642 baş iribuynuzlu heyvanda leptezpiroz, 5151 baş it və 700 baş vəhşi heyvanda quduzluq, 28250 baş(o cümlədən 3660 baş cavanlarda) iribuynuzlu heyvanda nodulyar dermatit, 49577 (o cümlədən 5050 baş cavanlarda) baş xırdabuynuzlu heyvanda çiçək, 280 baş təkdırnaqlı heyvanda rinopnevmoniya, 327 baş təkdırnaqlıda qrip, 6430 baş iribuynuzlu (“Şt-19” ştammı ilə), 23735 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 441500 baş körpə cücələrdə (“La-sota”) və 389500 baş quşlarda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə qan nümunələri götürülüb. Belə ki, 263 baş iribuynuzlu, 7 baş ana qoyun, 3 baş at, 53 baş keçi və 80 baş qoçdan bruselyozun müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Eləcə də 30 baş iribuynuzlu heyvanda vərəmə görə allerji (tuberkulinizasiya) müayinə aparılıb.
Müvafiq dövr ərzində Bakı şəhərində aparılan peyvəndləmə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Baytar mütəxəssislər cari ilin müvafiq dövrü ərzində 255 obyektin 69632 kvadratmetr sahəsində profilaktik, 2 obyektin 500 kvadratmetr sahəsində isə məcburi dezinfeksiya işləri həyata keçiriblər.
Hazırda Bakı şəhərinin ərazisinə daxil olan təsərrüfatlarda cavan iribuynuzlu heyvanlarda qarayara, dabaq və itlərdə quduzluq əleyhinə peyvəndləmə, eləcə də iri və xırdabuynuzlu heyvanların bruselyozuna qarşı vaksinasiya tədbirləri davam etdirilir. Bu tədbirlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla aparılır. Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi və yeni koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır