Bioloji gübrələrin üstünlükləri və tətbiq sahələri
2020-11-25 00:00:00
Kənd təsərrüfatında kimyəvi gübrələrin qeyri səmərəli istifadəsi ilə əlaqədar olaraq ekoloji problemlərin aradan qaldırılması zərurəti yaranmışdır. Kimyəvi gübrələrin qeyri səmərəli istifadəsi nəticəsində yaranan ekoloji problemləri həll etməyə imkan verən tədbirlərin hazırlanması vacibdir. Bioloji gübrələr torpağın münbitləşməsi, qidalılıq mühitinin artırılması və torpağın makro və mikro element tərkibinin mənimsəniləbilən hala salınması prosesində əhəmiyyətli rol oynayır.
Biohumus
Biohumus təbii bioloji gübrə olaraq sənaye üsulu ilə qida tullantıları, o cümlədən: toyuq, mal-qara, qoyun, keçi, at peyinləri, saman, torf və ya küləş, çirkab sular və digər üzvi tullantılar əlavə etməklə, probiotiklərlə (faydalı bacteriyalarla) fermentasiyası yolu ilə alınan üzvi gubrəyə (bundan sonra – üzvi gübrə “Biohumus”) şamil edilir. İstehsal flora və faunanı pozmamaqla yanaşı eyni zamanda ekoloji cəhətdən təmiz və tullantısızdır.
Biohumus təbii, üzvi və ekoloji cəhətdən təmiz gübrə hesab olunur. Biohumus, yerin münbit qatının qida ilə zənginləşdirən üzvi bir konsentratdır. Biohumus hər hansı bir torpağa və hətta quma üzvi bir əlavədir. Tərkibində tamamilə kimyəvi, mineral və sintetik aşqarlar yoxdur. Bu gübrə bitkilərin xəstəliklərə və zərərvericilərə qarşı müqavimətini artırır, toxumların cücərməsini iki dəfəyə qədər sürətləndirir. Düzgün texnologiya ilə hazırlanan Biohumus tərkibində patogen mikrofloranı və alaq otlarının toxumlarını ehtiva etmir. Biohumus torpağın turşuluğuna əhəmiyyətli dərəcədə göstərərək torpağın pH-nı normal səviyyəyə gətirə bilir. Biohumus uşaqlar, heyvanlar və arılar üçün tamamilə təhlükəsizdir.
Biohumusun keyfiyyət göstəriciləri
• Torpağı qida maddələri ilə zənginləşdirir;
• Torpaqda olan mikroflora üçün əlverişli imkan yaradır;
• Bitkilərdə məhsuldarlığı 30%-70% artırır;
• Məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir;
• Ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir;
• Torpağa verilən biohumusun effektivliyi torpağın keyfiyyətindən asılı olaraq 3-5 il ərzində saxlanılır;
• Torpağın tərkibində çətin həll olan qida maddələrini asan həll olan formaya çevirməyə kömək edir;
• Bitkilərin qida maddələrinə olan təlabatını maksimum təmin etdir;
• Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır;
• Torpağa daxil olan biohumus ona daha dənəvər quruluş verir;
• Məhsulda nitratın, ağır metalların və radiaktiv maddələrin miqdarını azaldır.
Biohumusun fəaliyyət mexanizmi bir-birini qarşılıqlı şəkildə tamamlayan iki səmərəli xüsusiyyətə əsaslanır:
• Biohumus makro və mikro elementlərin tarazlaşdırılmış nisbətini təmin edir ki, bu da bitkilərin ilk inkişaf fazasında kök sisteminin sürətlə inkişafına təkan verir.
• Biohumusda olan mikroblar üzvi maddələri parçalayaraq bilavasitə kök sisteminin sorulma zonasında qidanı asanlıqla sorulan maddələr yaradır və bütün veqatasiya boyu gübrənin səmərəli təsirini uzadır.
Biohumusun tətbiqi
• Şitillərin yetişdirilməsi üçün torpaq qarışığının hazırlanması prosesində - biohumusun 1 hissəsi torpağın (torpağın analizlərindən asılı olaraq) 4 hissəsi ilə qarışdırılır, gül dibçəkləri üçün biohumusun 1 hissəsi torpağın (torpağın analizlərindən asılı olaraq) 3-5 hissəsi ilə qarışdırıla bilər;
• Göyərtilərin ləklərə əkilməsi prosesində - hər 1 m² (torpağın analizlərindən asılı olaraq) sahəyə 1,5-2 kq biohumus səpilir, torpaqla qarışdırılır, toxum səpilir, malalanır və sulanır;
• Pomidor, xiyar, bibər, kələm ştillərinin və kartofun əkilməsi prosesində - şitillərin yuvaya əkilməsindən əvvəl (torpağın analizlərindən asılı olaraq) hər yuvaya 150-250 qr biohumus tökülüb torpaqla qarışdırılır, sulanır və bitki əkilir;
• Meyvə ağaclarının, kolların və üzüm tinklərinin əkilməsi prosesində - hər əkin çalasına (torpağın analizlərindən asılı olaraq) 2-3 kq biohumus tökülür və torpaqla qarışdırılır. Çoxillik meyvə ağaclarının qidalandırılması üçün gövdə ətrafına (torpağın analizlərindən asılı olaraq) 3-4 kq biohumus səpilir, bellənir və bol sulanır.
• Dənli bitkilərin (buğda,arpa və s.) əkilməsində - 1 hektar sahəyə (torpağın analizlərindən asılı olaraq) 5-10 ton biohumus səpilir.
• Biohumusun sulu məhlulu (biohumus çayı) – 10 litr otaq temperaturundakı suya 250 qr biohumus qarışdırılır, bir sutka otaq temperaturunda saxlanır və yaxşıca pereodik qarışdırılır. Vitaminlərlə zəngin olan “çay” bitkilərin kökdən və yarpaqlarına çilənməsi ilə qidalanmasında istifadə olunur. Meyvə ağaclarının çiçəklənmə dövründən sonra “çay”la çilənməsi məhsuldarlığı və meyvələrin dadını artırır. Yarpaqların “çay”la çilənməsi xəstəliklərin qarşısını alır və həşəratları qovur. Meyvə ağaclarının həm kökdən biohumusla, həm də yarpaqlardan “çay”la qidalanması hər il yüksək stabil məhsul almağa imkan verir.
Biohumusun əsas xüsusiyyətləri
- Hər hansı bir torpağın təbii münbitliyini bərpa edir, torpaq turşuluğunu optimallaşdırır, ağır metalları, radionuklidləri və torpaqdakı nitratları bağlayır;
- Bitkilərin iqlim dəyişikliyi və xəstəliklərə qarşı müqavimətini artırır;
- Bitkilərin böyüməsini və çiçəklənməsini stimullaşdırır, meyvələrin 2-3 həftə ərzində yetişməsini sürətləndirir, yüksək səviyyədə üzvi məhsul verir;
- İstifadəsi asandır, tətbiq zamanı istifadə həddinin aşılması ehtimalını daşımır, 3-5 il müddətində torpaqda təsirini saxlaya bilir;
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır