İsmayıllı rayonunda epizootiya əleyhinə vaksinasiya tədbirləri başa çatdırılıb
2020-12-24 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, ölkə üzrə aparılan epizootik tədbirlər “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun həyata keçirilir. Eləcə də tədbirlər respublikada yeni koronovirus (Covid-19) infeksiyasının yayılması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən qəbul edilmiş bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə bütün ölkədə olduğu kimi, İsmayıllı rayonunda da aparılır. Belə ki, ilin əvvəlindən rayonda iri və xırdabuynuzlu heyvanlarda iri və xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, leptospiroz, çiçək, itlər arasında quduzluq və quşlar arasında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Artıq qeyd olunan xəstəliklərə qarşı vaksinasiya tədbirləri yekunlaşıb. Heyvanlar və quşlar arasında xüsusi təhlükəli xəstəliklər qeydə alınmadığından mal-qaranın və quşların tələfatına yol verilməyib.
2020-ci ilin 11 ayı ərzində İsmayıllı rayonunda aparılan peyvəndləmə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 785 obyektin 25786 kvadratmetr sahəsi15%-li almerdehid məhlulu və 205 obyektin 3493 kvadratmetr sahəsi isə kaustik soda məhlulu ilə dezinfeksiya olunub.
İsmayıllı rayonu ərazisində saxlanılan kənd təsərrüfatı heyvanlarının və ev quşlarının xüsusi təhlükəli xəstəliklərdən qorunması daim diqqət mərkəzində saxlanılaraq 11 ay ərzində 48959 baş (o cümlədən 8700 baş cavanlarda) iribuynuzlu, 144016 baş xırdabuynuzlu, 1590 baş təkdırnaqlı heyvanlarda və 184 baş donuzda qarayara, 3111 baş sahibli itlərdə və 3411 baş vəhşi heyvanlarda quduzluq, 62216 baş iribuynuzlu, 116059 baş xırdabuynuzlu heyvanlarda və 146 baş donuzlarda dabaq, 3341 baş iribuynuzlu heyvanlarda leptospiroz, 132475 baş xırdabuynuzlu heyvanda çiçək, 197 baş donuzlarda taun, 45286 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 130090 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 590152 baş körpə cücələrdə (“La-sota”) və 590595 baş quşlarda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə qan nümunələri götürülüb. Belə ki, 868 baş ana qoyun, 477 baş iribuynuzlu heyvan, 64 baş keçi və 2611 baş qoçdan bruselyozun müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Eləcə də 1755 baş qoçdan götürülən qan nümunələri epidimitə görə seroloji müayinə məqsədi ilə laboratoriyaya təqdim edilib.
Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Yeni koronovirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür.
Məlumat üçün onu da qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla aparılır. Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi və yeni koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda ölkə ərazisində epizootik durum sabitdir və lazımi təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır