Fermalarda pis iyi ilə mübarizə necə aparılmalıdır-Fermerlərə tövsiyə
2020-12-11 00:00:00
Heyvandarlığın müasir inkişaf mərhələsində onunu sağlamlığını qorumaq, məhsuldarlığını yüksəltmək, mütərəqqi mexanizasiya və texnologiyalardan istifadə etmək mühüm tədbirlərdən biridir.
İri heyvandarlıq təsərrüfat və fermalarında baytarlıq-sanitariya və zoogigiyenik tədbirlərin əsaslar üzrə həyata keçirilməsi çox böyük təcrübi əhəmiyyət kəsb edir. Bu baxımdan heyvandarlıq binalarında optimal mikroiqlimin yaradılması, ona nəzarət edilməsi vəzifəsi nəinki zoobaytar mütəxəssislərinin üzərinə düşür, eyni zamanda belə bir sosioloji əhəmiyyəti olan məsələyə təsərrüfat rəhbərləri, tibbi-sanitariya mütəxəssisləri, eləcə də bütün heyvandarlar yaxından kömək etməli, lazımi tədbirlərin həyata keçirilməsində fəal iştirak etməlidirlər.
Heyvandarlıq fermalarında yüksək səviyyədə sanitariya və gigiyenik şərait yaratmaq üçün mikroiqlim parametrlərinin də xüsusi yeri vardır. Binalarda (tövlələrdə) havanın fiziki xassəsi-temperaturu, nisbi nəmliyi, atmosfer təzyiqi və hava cərəyanı, eləcə də havanın kimyəvi tərkibinin (ammonyak, hidrogen-sulfid, karbon qazı və s.) dəyişkənliyi, onun müəyyən olunmuş səviyyədə saxlanması heyvanların sağlamlığına və məhsuldarlığına təsir edir.
Heyvandarlıq binalarında təmizlik olmadıqda və daxili istehsal texnologiyası pozulduqda, eləcə də qaz yanacağından düzgün istifadə edilmədikdə karbon qazının havada miqdarı artır, bu isə gigiyenik normanı keçir.
Zərərli qazlardan metanı, indolu, skatolu və s. bunlarda, fermalarda xoşa gəlməyən pis iy əmələ gətirirlər. Lakin həmin qazların zərərli və zəhərli təsirləri çox az öyrənilib. Məlumatlara görə 5%-li metan hava ilə birləşərək partlayıcı qarışığın əmələ gəlməsinə səbəb olur ki, bu da çox təhlükəlidir.
İndol və skatol qazları isə əsasən zülali maddələrin, ekskrementlərin çürüməsindən əmələ gəlir. Odur ki, fermaların həyətində olan tullantıları, yem qalıqlarını, heyvanı ekskrementləri vaxtında toplamaq və zərərsizləşdirmək lazımdır.
Son vaxtlar dünyanın bir sıra inkişaf etmiş ölkələrindəki fermalarda xoşa gəlməyən pis iyi ilə mübarizə etmək ciddi xarakter almışdır.
Heyvandarlıq fermalarında xoşa gəlməyən pis iyinin əmələgəlmə mənbəyinin və yayılmasının qarşısını almaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
-heyvandarlıq binaları müasir layihələr üzrə tikilməli;
-tövlələrdə ventilyasiya sistemi düzgün qurulmalı, havanın təmiz olması təmin edilməli;
-fermalarda binaların içərisi, həyəti peyindən, yem qalığından, çirkli döşənəkdən və müxtəlif tullantılardan vaxtında təmizlənməli;
-ferma daxilində və ətrafında durğun sular və bataqlıqlar qurudulmalı;
-peyinin toplanması və bioloji olaraq zərərsizləşdirilməsi üçün yerüstü və yeraltı peyin anbarlarından geniş istifadə edilməlidir.
Bütün yuxarıdakı tədbirlərlə yanaşı, heyvandarlıq fermalarında baytarlıq-sanitariya və gigiyena qaydalarına əməl edilərsə, sanitariya mədəniyyəti yüksələr və heyvandarlıq məhsullarının kəmiyyət və keyfiyyəti nəzərəçarpacaq dərəcədə artar. Bundan əlavə heyvanlara qulluq edən ferma işçilərinin sağlamlığı da təmin olunar.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, fermerlər və heyvan sahibləri təsərrüfatlarını pis iylərdən qorumaq üçün daim baytarlıq-sanitariya və gigiyena qaydalarına ciddi əməl etməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır