Taxıl əkinlərində taxıl böcəyinin sürfələrinə qarşı kimyəvi mübarizə tədbirləri davam edir
2021-01-08 00:00:00
Əsasən dənli bitkilərə zərər vuran taxıl böcəyi (Zabrus tenebrioides Goeze) növünün Azərbaycanda adi zaqafqaziya taxıl böcəyi (Z. tenebrioides ssp elongatus Men.), böyük taxıl böcəyi (Zabrus spinipes Fabr), dağ taxıl böcəyi (Z. spinipes ssp rugosus Men.) və cənub taxıl böcəyi (Z. morio Men.) yarımnövləri yayılmışdır. Bu böcəklərin xarici görünüşü, həyat tərzi və bitkiyə vurduqları zədələr oxşardır, lakin geniş yayılmasına və zərərvurma dərəcəsinə görə birinci yerdə adi zaqafqaziya taxıl böcəyi durur. Zərərverici 20%-30%, bəzən 70%-80% məhsul itkisinə səbəb ola bilir.
Dağlıq və dağətəyi ərazilərdə ilk sürfələrə sentyabr ayının 25-dən, aran zonada isə sentyabrın 15- dən etibarən təsadüf edilir. Bu zaman torpaqda nəmliyin miqdarı böyük rol oynayır. Kifayət qədər nəmlik olduqda sürfələr yumurtalardan daha tez çıxırlar və inkişafları payızda qurtarır. Yazda belə süfrələr demək olar ki, qidalanmadığı üçün zərər vurmur. Yumurtadan təzə çıxmış sürfələr əvvəlcə yerə tökülmüş dənlərin və yabanı taxılların cücərtiləri ilə qidalanır. Qidalanma davamlı şaxtalar düşənə qədər davam edir. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır. Sürfələr müsbət 1°C-də inkişaf edə və qidalana bilir. İl ərzində 1 nəsil verir.
Zərərvericiyə qarşı kimyəvi dərmanlanmalar adi taxıl əkinlərində hər m2-də 1,6-2,2 sürfə, toxumluq taxıl əkinlərində isə 0,8-1,0 sürfə müşahidə edildikdə aparılmalıdır. Mühafizə tədbirlərinin zərərvericinin İZH əsasında aparılması mühafizə xərclərini, pestisidlərin ətraf mühitə zərərli təsirini azaldır, mübarizə sistemi təkmilləşdirir və entomofaqların taxıl aqrobiosenozunda qorunub saxlanılmasına şərait yaradır.
Aqrotexniki mübarizə tədbirləri:
zərərverici yayılmış sahədə taxıl qısa müddətdə biçilib yığılmalı və itkiyə yol verilməməlidir;
zərərverici ilə sirayətlənmış sahənin taxılı biçildikdən sonra küləş tamamilə yığılmalı və ön kotancıqlı kotanla 25-30 sm dərinliyində şum aparılmalıdır;
eyni sahədə 3-4 il ardıcıl olaraq taxıl əkildikdə taxıl böcəyinin kütləvi artması müşahidə edilir, bu amil nəzərə alınaraq sirayətlənmiş sahələrdə mütləq növbəli əkin tətbiq edilməlidir;
taxıl böcəyi yayılmış sahələrdə bərk buğda sortlarının əkilməsi, şum altına fosforlu gübrələrin verilməsi və bitkilərin normal inkişafı üçün digər gübrələrdən istifadə edilməsi məsləhətdir;
bitkisiz herik, xüsusilə qara herik zərərvericinin miqdarının kifayət qədər azalmasına səbəb olur;
toxum materialı əkindən qabaq dərmanlanmalı və səpinlə bərabər torpağa dənəvərləşdirilmiş insektisidlər verilməlidir;
Kimyəvi mübarizə tədbirləri:
Təsiredici maddəsi asetamiprid (200 qr/kq) olan Mostar 20 SP, Goldplan 20 SP, Pascal SP, Hekplan 20 SP, Devaplan SP və s. preparatlarının biri ilə 0,15-0,175 kq/ha məsarif normasında; təsiredici maddəsi diazinin (600 qr/l) olan Diazinon aria EC, Hektaş Diazinon 20 EC və s. preparatlarının biri ilə1,5-1,8 l/ha məsarif normasında; təsiredici maddəsi dimetoat (400 qr/l) olan Dumble EC, Korumagor EC, Bİ-58 NEW EC, Dingo 40 EC və s. preparatlarının biri ilə 1-1,5 l/ha normasında, təsiredici maddəsi tiametoksam (250 qr/kq) olan Akdara 25 WGD preparatı ilə 0,1-0,15 kq/ha normasında; təsiredici maddəsi sipermetrin (250 qr/l) olan Cypermight 250 EC, Kral EC 250, Athletic EC, Cyrux 25 EC, Siperkor EC, Arrivo 25 EC və s. preparatlarının biri ilə 0,3 l/ha məsarif normasında dərmanlama aparılması yaxşı səmərə verir.
Təsiredici maddəsi İmidakloprid 150 qr/l + lyambda-siqalotrin 50 qr/l olan Borey SC, Perfekto SC və s. preparatlar 0,08-0,1 l/ha məsarif normasında, təsiredici maddəsi bir tərkibli olan preparatlara nisbətən, taxıl böcəyinə qarşı həm bioloji, həm də iqtisadi cəhətdən daha səmərəlidirlər. Bu səbəbdən dərmanlama apararkən ikili tərkibli preparatlara üstünlük verilməlidir
Cücərtilərin çilənməsi zamanı hektara 100-200 litir, vegetasiya müddətində yetkin böcəklərə qarşı mübarizə aparıldıqda isə 200-400 litr I işçi məhlul sərf olunmalıdır. Tətbiq olunan insektisidlərə qarşı taxıl böcəyində davamlılıq yaranmaması üçün preparatlar mütləq qaydada növbələşdirilməlidirlər (qrup və təsiredici maddələr üzrə). Əks halda, eyni preparatlardan ardıcıl istifadə edilməsi zərərvericidə həmin qrup preparatlara qarşı davamlılığın yaranmasına gətirib çıxarır. Nəticədə tətbiq edilən kimyəvi dərmanlamalar az təsiri və ya təsirsiz olur.
Mübarizə tədbirləri zamanı preparatların reqlamentinə və zəhərlərlə işləyərkən təhlükəsizlik qaydalarına düzgün əməl olunmalıdır.
Hazırda Respublikanın taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə Agentliyin yerli qurumları tərəfindən fitosanitar müşahidə və müvafiq mübarizə tədbirləri davam etdirilir.
Fermerlərə taxıl böcəyinin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına, rayon bitki mühafizəsi mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır