Ağstafada baytarlıq tədbirləri nəticəsində epizootik sabitlik təmin olunub
2020-12-16 00:00:00
Ölkəmizdə xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
2020-ci ilin yanvar ayından Ağstafa rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra rayon ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, dabaq, bruselyoz, leptespiroz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, bruselyoz, çiçək, donuzlar arasında qarayara, klassik taun, itlər və vəhşi heyvanlar arasında quduzluq və quşlar arasında nuykasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Ağstafa rayonunun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilib. Belə ki, cari ilin 11 ayı ərzində Ağstafa rayonunu əhatə edən təsərrüfatlarda 28842 baş (o cümlədən 3962 baş cavanlarda) iribuynuzlu, 101348 baş xırdabuynuzlu heyvanlarda, 1291 baş atlarda və 1163 baş ulaqlarda qarayara, 54705 baş (o cümlədən 5030 baş cavanlarda) iribuynuzlu, 96519 baş xırdabuynuzlu heyvanlarda dabaq, 2230 baş iribuynuzlu heyvanlarda leptezpiroz, 17 baş iribuynuzlu heyvanlarda, 6089 baş itlərdə quduzluq, 180 baş atlarda qrip və rinopnevmaniya, 26045 baş (o cümlədən 1859 baş cavanlarda) iribuynuzlu heyvanlarda nodulyar dermatit, 96792 baş xırdabuynuzlu heyvanlarda çiçək, 13160 baş iribuynuzlu (“Şt-19” ştammı ilə), 84441 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 261883 baş körpə cücələrdə (“La-sota”) və 264190 baş quşlarda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin bruselyoz və epididimit xəstəliklərini aşkara çıxarmaq məqsədi ilə heyvanlardan qan nümunələri götürülüb. Belə ki, 661 baş iribuynuzlu heyvanlardan və 1194 baş ana qoyunlardan, 107 baş keçilərdən, 2553 baş qoçlardan bruselyozun və 2553 baş qoçlardan epdidimitin müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.
Hazırda Ağstafa rayonunda iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı əleyhinə vaksinasiya tədbirləri davam etdirilir. Tədbirin noyabrın sonunda yekunlaşması nəzərdə tutulur.
2020-ci ilin 11 ərzində Ağstafa rayonunda aparılan peyvəndləmə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya və dezinseksiya tədbirləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 1206 obyektin 49080 kvadratmetr sahəsində profilaktik, 42 obyektin 1132 kvadratmetr sahəsində məcburi dezinfeksiya və 99 obyektin isə 3276 kvadratmetr sahəsində dezinseksiya işləri həyata keçirilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, Ağstafada aparılan baytarlıq tədbirləri sayəsində rayonda bəslənən heyvanlar arasında hər hansı xüsusi təhlükəli xəstəliyə təsadüf edilmir. Odur ki, rayonda epizootik sabitlik təmin edilib.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də yeni koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Məlumat üçün onu da qeyd edək ki, rayon (şəhər) baytarlıq idarələri lazimi miqdarda bioloji və dərman preparatlarla təmin olunmaqla, peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilməklə heyvanlara tətbiq edilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır