Daşkəsəndə xüsusi təhlükəli xəstəliklər əleyhinə aparılan epizootik tədbirlər yekunlaşıb
2020-12-17 00:00:00
Ölkədə xüsusi karantin rejiminin mövcud olduğu dövrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli "Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında" qərarı) bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən baytarlıq tədbirləri davam etdirilir.
Daşkəsən rayonunda da bu tədbirlər uğurla icra olunur. Epizootik tədbirlərin aparılması və “Soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi vaksinlərlə, müalicə dərmanları, dezinfeksiya, dezinseksiya maddələri, müxtəlif növ baytarlıq avadanlıq və ləvazimatları, xüsusi geyim vasitələri və s. ilə təmin olunublar.
Hazırda dağlıq rayon olan Daşkəsəndə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilərək epizootik sabitlik qorunur. Bunun nəticəsidir ki, rayon ərazisində istehsal edilən heyvan mənşəli məhsullar baytarlıq-sanitariya baxımından keyfiyyətli və insan qidası üçün yararlıdır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Daşkəsən rayonu ərazisində saxlanılan kənd təsərrüfatı heyvanları və ev quşlarının xəstəliklərdən qorunması daim diqqət mərkəzində saxlanılaraq 11 ay ərzində 23718 baş iribuynuzlu, 64344 baş xırdabuynuzlu və 1226 baş təkdırnaqlı heyvanda qarayara, 3062 baş sahibli itdə və 2019 baş vəhşi heyvanlarda (oral yolla) quduzluq, 41987 baş (o cümlədən 3437 baş cavanlarda) iribuynuzlu və 48887 baş xırdabuynuzlu heyvan dabaq, 5254 baş iribuynuzlu heyvanda leptospiroz, 44521 baş xırdabuynuzlu heyvanda çiçək, 22598 baş (o cümlədən 2967 baş cavanlarda) iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 15826 baş iribuynuzlu (S-19 ştammı ilə) və 52640 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) heyvanda brusellyoz, 71807 baş 3 aylığa qədər körpə cücədə (“La-sota” ştammı ilə) və 472888 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
11 ayın nəticələrinə görə Daşkəsən rayonunda cari ilin epizootik tədbirləri yekunlaşıb.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyinin müəyyən etmək məqsədi ilə 469 baş iribuynuzlu heyvandan, 899 ana qoyundan qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.
Rayon ərazisində peyvəndləmə ilə yanaşı, mal-qaranın ektoparazitlərə qarşı çimizdirilməsi də aparılıb. Belə ki, cari ilin 11 ayı ərzində Daşkəsən rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 1027 baş iribuynuzlu və 1595 baş xırdabuynuzlu heyvanda çimizdirilmə tədbiri yerinə yetirilib. Eləcə də bu müddət ərzində 248 obyektin 18202 kvadratmetr sahəsi profilaktik, 1 obyektin 240 kvadratmetr sahəsi məcburi dezinfeksiya, 15 obyektin isə 2053 kvadratmetr sahəsi dezinseksiya olunub.
Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı informasiya verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan-parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmayır. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda ölkə ərazisində epizootik durum sabitdir və lazımi təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır