Tuta absoluta (Pomidor minalayıcı güvəsi) təhlükəli zərərvericidir
2020-12-21 00:00:00
Sinonimi: Scrobipalpuloides absoluta (Povolny, 1987)
Ümumi adı: İngiliscə- tomato leafminer; Rusca- Томатная минирующая моль,
Təsnifatda yeri: İnsecta, Lepidoptera, Gelechiidae
Növ: Tuta absoluta Meyrick 1917
Sahib (qidalandığı) bitkilər: Zərərvericinin quşüzümü fəsiləsinə aid olan pomidor (Solánum lycopérsicum), badımcan (Solanum melongena), bibər (Capsicum), tütün Nicotiana, kartof (Solánum tuberósum) və s. bitkiləri zədələyir. Ancaq əsas yem bitkisi pomidordur.
Coğrafi yayılması: Cənubi Amerika, Ispaniya, İtaliya, Fransa, Malta, Böyük Britaniya, Yunanıstan, İsveçrə, Portuqaliya, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Türkiyə və Albaniya.
Morfoloji əlamətləri: Pomidor minalayıcı güvəsinin kəpənəyi gümüşü-sarı rəngdə olub, üst qanadı üzərində qara nöqtələr var. Bədənin uzunluğu 6-7 mm,qanadı açıq halda-10-12 mm-dir. Yumurtası kiçik (0,3-0,5mm) ölçülüdür. Silindirik formada kremi-sarı rəngdədir. Yumurtadan yenicə çıxmış tırtılın bədəni yaşıl, başı tünd qonur rənglidir. Böyüdükcə tırtıl qırmızımtıl rəng alır. Pupu açıq şabalıdı, uzunluğu 6 mm-dir. Pomidor güvəsi xarici görnüşünə görə kartof güvəsinə oxşayır, ancaq olçüsünün kiçik olması ilə ondan fərqlənir.
Bioekoloji xüsusiyyətləri: Uçduqdan 3-4 gün sonra yumurta qoyur. Yumurtanı 1-2 ədəd olmaqla yarpağın alt səthinə, gövdəyə, çiçək yanlığına və yaşıl meyvələrin üzərinə qoyur. Birinci və ikinci yaşlı tırtılları yarpağın mezafili ilə qidalanır və yarpağın içərisində ləkəyə bənzər yolllar açır ( lağımlar) nəticədə onların qurumasına səbəb olur. Zərəverici pomidor bitkisinin yerüstü hissələrinin hamısına (təpə tumurcuğu, yarpaqlar, gövdə, çiçəklər və meyvələr) ziyan vurur. Meyvənin içərisində əyri yollar açaraq, onun zədələnməsinə səbəb olur. Zədələnmiş yerdən patogenlər daxil olaraq meyvələri çürüdür ki, buda daha böyük itki ilə nəticələnir. Pomidor güvəsi çox sürətli inkişafa malikdir. Xarici mühitdən asılı olaraq onun inkişafı 30-40 gün davam edir. 25-300 S temperatur şəraitində ildə 10-12 nəsil verir.
Dişi kəpənək 250-300 yumurta qoyur. Yumurtalardan çıxmış tirtıl 10-15 gün yaşayır. Yetkin tırtılın uzunluğu 8-9 mm-dir. Tırtıl ipəyəbənzər baramaların içərisində torpaqda, minalarda və yaxud yarpağın səthində puplaşır. Pup dövrü 10 gün davam edir.
Yayılma yolları: Güvənin kəpənəyi erkən yazda uçur. Gün batandan sonra və səhər alatoranda fəaliyyətə başlayır. Arealını sahib bitkilərin meyvə və digər əkin materiallarının bir yerdən digər yerə daşınması vasitəsilə genişləndirir. Beləki, zərərvericinin xarici görünüşü onun meyvələr arasında və bitkinın vegetativ orqanlarında görünməsini çətinləşdirir.
Aşkarlanma və identifikasiyası: T.absoluta-nın sürfələri, pomidor yarpağında, zoğ içində, uc tumurcuqlarda, yaşıl və yetişmiş meyvələrdə əyri yollar açırlar.
Zərəri: Açıq və örtülü şəraitdə becərilən tərəvəz bitkilərinin təhlükəli zərərvericisidir. Yetkin dişi yumurtalarını pomidor bitkisində 73 % nisbətində yarpaqlara, 21% nisbətində zoğ üzərinə, 5% nisbətində tumurcuq yarpaqlara və 1% nisbətində isə yaşıl meyvə üzərinə qoyur. Sürfə cəmi dörd yaş keçirir. İlk dövrlərində yarpaq epidermisi arasında bəslənərək nekrotik ləkələrə səbəb olan sürfə, daha sonrakı dövrlərdə yarpaqların altından daxil olaraq meyvə içində qidalanaraq zərər verir (Estay, 2000; Desneux və ark.2010). Bu şəkildə pomidor bitkisinin bütün hissələri ilə qidalanan T. absoluta məhsulda 80-100%-ə qədər zərərə səbəb ola bilər.
Fitosanitar risk: 2006-cı ildə İspaniyada ilk aşkarlanmasından bu günə qədər Cənubi Avropanın və Şimali Afrikanın hər tərəfində Aralıq dənizinin bütün ölkələrini əhatə etməklə sürətlə yayılır. Zərərvericiyə təsirli bir mübarizə strategiyasının dəstəklənməsi üçün böyük əhəmiyyət daşıyan zərərvericinin yayılması, mövsümi populyasiya sıxlığının dəyişməsi, iqtisadi ziyanlı həddi və kütləvi üçüş müddəti müəyyən olunmalıdır. T. absolutanın qidalandığı quşüzümü fəsiləsindən olan bitki məhsulları ticarət məqsədi ilə bir yerdən digər yerə aparılırsa, bu zaman fitosanitar risk artır və arealı genişlənir.
Fitosanitar tədbirlər: Pomidor güvəsi xarici karantin zərərvericidir. Pomidor güvəsi ərazidə aşkar edildikdə bütün kompleks karantin tədbirləri onun tam məvh olmasına qədər aparılmalıdır. Pomidor güvəsinin yayılma mənbələrini vaxtında müəyyənləşdirmək üçün ilk növbədə xaricdən gətirilmiş bitkiçilik məhsullarının saxlanma və əkin yerləri, onların ətrafında olan 3 kilometrik zona diqqətlə yoxlanılmalıdır. Sirayətlənmiş rayonlardan daxil olmuş quşüzümü fəsiləsindən olan bitki məhsulları ciddi karantin nəzarətində olmalıdır.
Fermerlərə Pomidor minalayıcı güvəsi aşkar edildikdə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına, rayon bitki mühafizəsi mərkəzlərinə müraciət olunması tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır