2021-ci ildən etibarən torpaq aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər.
2021-01-18 00:00:00
Torpağın aqrokimyəvi göstəricilərinin öyrənilmədən əkilib becərilməsi və gübrələrdən kortəbii istifadəsi onun münbitliyinin aşağı düşməsinə, tərkibindəki qida maddələrinin itkisinə və məhsuldarlığın ildən-ilə azalmasına səbəb olur. Digər tərəfdən torpaq tipində onun münbitlik səviyyəsindən asılı olmayaraq, becərilən bitkilərin məhsuldarlığı yüksəldikcə, tərkibində olan əsas qida elementlərinin miqdarı azalır və torpaqda mənfi balans yaranır. Ölkənin əkin torpaqlarının münbitliyinin qorunması, dayanıqlı istifadəsi, gələcək nəsillərə sağlam və məhsuldar çatdırılması məqsədilə, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateyi Yol Xəritəsi”ndə torpaqların aqrokimyəvi analizlərinin aparılması Kənd Təsərrüfatı Nazirliyinə tapşırılan tədbirlərdən biridir.
Bununla əlaqədar olaraq, 2021-ci ildən etibarən 10 ha və daha çox sahəsi olan torpaq istifadəçilərinin torpaq aqrokimyəvi analizlərinə cəlb olunması nəzərdə tutulmuşdur. Cari ilin payızlıq əkinləri üçün edilən bəyanlara müvafiq olaraq hazırda monitorinqlərə başlanmış və torpaq analizlərinin nəticələri də monitorinq nəticəsi ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edildikdən sonra əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcəkdir.
Torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək və ondan səmərəli istifadə etmək, torpağın uzun müddət və davamlı istifadəsini təmin etmək, eyni zamanda aqronomik məsləhət almaq üçün əlavə imkan yaradacaqdır.
Belə ki, baza analiz paketinə torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot (N) daxildir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya Laboratoriyalarında (RAL) baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 AZN təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 ha-dan bir nümunə götürülməsi məqsədəmüvafiqdir.
Torpaqların analiz edilməsi prosesində ən mühüm addımlardan biri nümunələrin düzgün götürülməsidir. Torpaq nümunələrinin götürülməsi “Aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı”na uyğun həyata keçirilməlidir. Təlimata əməl etməklə, analiz üçün nəzərdə tutulan torpaq nümunələrini hər bir fermer özü götürüb respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş Regional Aqrokimyəvi Laboratoriyalarına (Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkaran, Səlyan, Ucar və Bərdə) və ya regionlarda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təşkil olunmuş qəbul şöbələrinə təqdim etməlidir. Nümunə yerlərinin coğrafi koordinatları mütləq qeyd edilməlidir.Təlimatla Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində (www.axa.gov.az) və sosial media hesablarında tanış olmaq mümkündür.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır