TOYUQLARIN İNFEKSİON ANEMİYASI-Mütəxəssis tövsiyəsi
2021-01-27 00:00:00
Toyuqların infeksion anemiyası (“göy qanad”, dermatitə bənzər anemiya sindromu) - Chicken infectious anaemia virus xəstəliyi olmaqla 1-8 günlük cücələrdə və 14-21 günlük broylerlərdə güclü depresiya, inkişafdan qalma, qanqrenozlu dermatit, qanadların daxili səthində hematomaların (“göyərmiş qanad”), fabrisius kisəsi və timusun atrofıyası və kəskin arıqlama əlamətləri ilə səciyyələnir.
Epizootologiyası. Quşçuluq təsərrüfatlarında virus nəslə yumurta vasitəsilə keçir. Xəstəlik ilk dəfə Yaponiyada 1979-cu ildə müəyyən edilmişdir. O, 6-8 ildən sonra ABŞA-a, İngiltərəyə, Almaniyaya, İsveçrəyə və digər ölkələrə yüksək məhsuldar quş kroslarının damazlıq yumurtaları ilə maneəsiz gətirilərək yayılmışdır. Anemiya xəstəliyi reoviruslar, Marek, Qamboro xəstəlikləri ilə qarışıq getdikdə onun daha ağır formada keçməsi müşahidə olunur.
Kliniki nişanələri. Xəstəlik təmiz keçdikdə xəstə cücələrdə güclü depressiya, iştahanın azalması, inkişafdan qalma, ishal və tez inkişaf edən arıqlama əlamətləri müşahidə olunur. Dəri və selikli təbəqələr solğun olur.
Çox vaxtı qanqrenozlu dermatit müşahidə edilir. Dəridə ocaq şəklində dermatit baş sahəsində (çənə altında), qanadlarda, döş qəfəsində, qarında, bud və dizdə inkişaf edir. Dərinin çatları sulanır, çox vaxtı qanlı-serozlu eksudat damcılayır. Zədələnmiş sahə sekundar mikroflara ilə çirkləndikdə dermatit inkişaf edir.
Xəstəlik immunitetin vəziyyətindən asılı olaraq zəif görünən əlamətlərlə, yaxud nişanəsiz keçir.
Patoloji-anatomiki dəyişiklikləri. Ölmüş cücələrdə şiddətli anemiya əlamətləri: pipiyin, dimdiyin, ayaqların dərisinin, ümumi dəri örtüyünün ağarması, döş, bud, diz və qanadların əzələsində və dərisi altında, bəzən mədənin selikli təbəqəsində qan sağıntıları müşahidə olunur. Cəsəd arıq olur. Fabrisius kisəsi və timusun atrofıyaya uğraması xəstəlik üçün səciyyəvidir. Bir qayda olaraq fabrisius kisəsinə fıbrin toplanır. Bəzən qaraciyər böyüyür, səthində nekroz düyünləri görünür. Böyrəklər və dalaq böyüyür. Sümük iliyinin rənginin dəyişməsi xüsusilə diqqəti cəlb edir. Belə ki, onun rəngi normadakı qırmızı-çəhrayıdan zəif sarı yaxud hətta tünd boz rəngə çevrilir.
Mübarizə tədbirləri və profilaktika. Xəstəlik törədicisi virusun təsərrüfata gətirilməsinə yol verməmək məqsədi ilə təşkilat-təsərrüfat, baytarlıq-sanitariya və profilaktika tədbirlərini həyata keçirmək lazımdır.
Törədicinin yumurta vasitəsilə nəslə keçməsini və cücələrin ilk günlərdə xəstəliyə həssas olmalarını nəzərə alaraq anac toyuqların infeksion anemiyaya qarşı peyvənd edilməsi lazımdır ki, çıxan cücələrdə anadan keçmə passiv immunitet olsun. Belə cücələr 3 həftəlik yaşa qədər infeksion anemiya virusu ilə yoluxmadan qoruna bilirlər. Bu məqsəd ilə quru diri vaksindən istifadə edirlər. Onu inaktivasiya olunmuş vaksinlərlə bir vaxtda işlətmək də olar.
Xəstəlik baş verdikdə isə virusun yayılmasının qarşısını almaq üçün sanitariya və profilaktika tədbirləri görülməlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) qeyd olunanları nəzərə alaraq bildiririk ki, fermerlər təsərrüfatlarındakı quşlarda yuxarıda qeyd edilən kliniki əlamətləri müşahidə etdikdə mütləq sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə müraciət etsinlər.
Xatırladırıq ki, toyuqların infeksion anemiyası xəstəliyinin müalicə-profilaktika işləri təsərrüfat sahibinin hesabına aparılır.
AXA fermerlərin bir daha nəzərinə çatdırır ki, quşları müxtəlif xəstəliklərdən qorumaq, məhsuldarlığın kəmiyyət və keyfiyyətini yüksəltmək, onların baş sayını artırmaq üçün ilk növbədə düzgün yemləmə və saxlanma şəraitini təmin etməli və sanitariya-gigiyena tələblərini vaxtı-vaxtında həyata keçirməlidirlər. Həmçinin quşlarda xəstəliklərə qarşı aparılan müalicə və profilaktika işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır