İpəkqurdu saxlanılacaq kümxanalarda dezinfeksiya tədbirləri həyata keçirilir
2021-04-15 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytarlıq idarələri tərəfindən respublikanın 40-dan çox rayonunda baramaçılıqla məşğul olan təsərrüfatların ipəkqurdunun saxlama yerlərində - kümxanalarda dezinfeksiya tədbirləri həyata keçirilir.
Kümxanalarda dezinfeksiya işləri zərərvericilərin (bakteriya və virusların) məhv edilməsi məqsədilə aparılır. Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar olaraq aparılan bu tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərir. Dezinfeksiya formalin dərman maddəsinin məhlulundan istifadə edilməklə aparılır.
Baramaçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün AXA tərəfindən dezinfeksiya tədbirləri ilə yanaşı, ipəkqurdunun bəslənilməsinə ilə bağlı fermerlərə, kümçülərə müvafiq məsləhət və tövsiyələr verilir. Eləcə də zərərvericilərə qarşı aparılan tədbirlərin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması fermerlərə və sahibkarlara ətraflı izah edilir. Bildirilir ki, zərərvericilərə qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi məhsul istehsalının artmasına müsbət təsir göstərir. Zərərvericilərlə sirayətlənmiş ipəkqurdu bəslənilən və saxlanılan kümxanalarda isə məhsulun çəkisi azalır və baramanın keyfiyyəti aşağı düşür.
Zərərvericilərə qarşı aparılan tədbirlər həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (xüsusi geyim forması – kombinezon, maska, xüsusi ayaqqabı, əlcəklər, eynəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir.
Hazırda dezinfeksiya işləri koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır