Qoyunların qırxılma və çimizdirilmə qaydalarına əməl edilməlidir
2021-05-06 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, baytarlıq-sanitariya cəhətdən yazda qoyunlar yaylaq şəraitinə keçirilməzdən əvvəl qırxılmalı, qoturluq və digər dəri xəstəliklərinə qarşı çimizdirilməlidir. Heyvan sahibləri və heyvana baxanlar, xüsusilə çobanları ilk növbədə zərif, yarımzərif və yarımqaba yunlu qoyunları otlağa keçirməzdən əvvəl onların quyruq hissəsi, ayaqlarının yanı, anus ətrafı, yelin ətrafı, ayaq və baş nahiyələri qırxılmasına diqqət yetrməlidirlər. Heyvandan uzun yun almaq məqsədi ilə ildə bir dəfə (yayda) əsas qırxım aparılır. Qabayunlu qoyunlarla, zərifyunlu qoyunların mələzi ildə iki dəfə -yazda və payızda qırxılır. Zərif və yarımzərif yunlu qoyunlar bir yaşında da (yazda) qırxılır. Qabayunlu qoyunların quzuları doğulduğu müddətdən asılı olaraq 1-2 dəfə, Qışda doğulan quzular 5-6 aylığında, qırxılır (avqustdan gec olmayaraq) yazın axırında və ya yayda qırxılır.
Yaz qırxımı iqlim şəraitindən asılı olaraq aprel ayından başlayaraq iyunun 15-nə, payız qırxımı isə sentyabrın 1-dən başlayaraq oktyabrın 1-nə qədər davam edir.
Yaz qırxımı çox tez aparılmamalıdır, çünki qoyunlar soyuqlayıb xəstələnə bilərlər.
Romanov cinsli qoyunlar ildə üç dəfə yazda (aprel, mart), yayda (iyul) və payızda (sentyabr ayının ikinci yarısı) qırxılır. Quzular isə 2 dəfə (5-6 aylıqda) yayda və payızda qırxılır. Payızda ətliyə verilən qoyunlar qırxılmamalıdır. Qırxım isti, küləksiz və quru havalarda xüsusi binalarda, çardaq altında və ya pəyədə təşkil edilməlidir. Qırxım yeri işıqlı və təmiz, həmçinin yerin döşəməsi taxtadan olmalıdır. Əgər döşəmə torpaqdan olarsa onu möhkəm tapdalamaq və üzərinə su çiləmək lazımdır. Çox isti və soyuq binalarda qırxım aparılmasına yol verilməməlidir. Eləcə də çox çirklənmış qoyunlar qırxımdan bir həftə qabaq çimizdirlir.Qırxım kürsü üstündə aparılır. Kürsünün uzunluğu 1,5 m, eni 0,70—0,80 m, hündürlüyü 0,5-0.8 m olmalıdır. Qırxım yerində bir qoyuna 1 kvadratmetr sahə düşməlidir.
Qırxılacaq qoyun sürüsünə axşamdan su və yem verilməməlidir, çünki su və yem verilmiş qoyunları qırxarkən (ayaqlarını bağlayıb yerə yıxdıqda) onlarda mədə-bağırsağın peristaltikası pozulur, timpaniya baş verir. Bundan başqa, onlar məcburi nəcis və sidik ifraz edirlər ki, bu da yunun çirklənməsinə səbəb olur. Yağışdan və şehdən islanmış qoyunların yunu quruduqdan sonra qırxılır. Qırxımdan əvvəl sürü baytarlıq müayinəsindən keçirilməlidir. Qırxım zamanı əvvəlcə sağlam, sonra xəstə qoyunlar qırxılmalıdır. Xəstə (qotur, dəmrovlu və s. qoyunların qırxılması xüsusi ayrılmış qapalı yerlərdə aparılır. Belə qoyunların yunu ayrıca yığılır. Xəstə qoyunlar qırxıldıqdan sonra qırxım alətləri, kürsü, paltar və s. avadanlıqlar dezinfeksiya edilməlidir. Qırxım əl (qayçı) ilə və elektromexaniki (maşın) üsullarla aparıla bilər. Maşınla qırxımın üstünlüyü çoxdur, çünki bu üsulda qırxım dərinin hər yerində bərabər gedir, yun daha uzun qırxılır, əmək məhsuldarlığı xeyli artır, yun az çirklənir və s. Qırxımda baytarlıq baxışı və yardımı göstərmək üçün baytarlıq mütəxəssisi iştirak etməlidir. Qoyunlar qırxımdan sonra yoxlanır, onların bədənində olan kəsiklər dezinfeksiya edilir.
Respublikanın 12 rayonunda ( Ağcabədi, Ağstafa, Beyləqan, Goranboy, Göygöl, İmişli, İsmayıllı, Qazax, Samux, Şəki, Şəmkir, Tovuz ) müasir standartlara uyğun qırxım məntəqələri quraşdırılıb ki, burada da qoyunların təhlükəsiz qaydada qırxımı və çimizdirilməsi mütəxəssis nəzarəti altında həyata keçirilir. AXA heyvan sahiblərinə həmin rayonlarda saxlanılan qoyunların yaylağa qaldırılmamışdan əvvəl qeyd olunan məntəqələrdə qırxılmasını və çimizdirilməsini tövsiyyə edir.
Qoyunun əvvəl sağ tərəfi-arxa və qabaq ayaqları, sonra isə qarın nahiyəsi ,sağ tərəfdə qırxım qurtardıqdan sonra onu sol tərəfi üstə çevirərək qalan hissəsi, axırda baş və quyruq nahiyələri qırxılır. Son zamanlar Orenburq qırxım metodundan istifadə edilir. Bu metodla qırxımda qoyun bağlanmır, əlavə işçi qüvvəsinə ehtiyac olmur. Qırxım sürətlə aparılmalı və qısa vaxtda qurtarmalıdır. Qırxımdan sonra qoyunlar çardaqlara və binaya salınır, quzusu olan qoyunlar isə quzunun yanına salınır ki, quzu anasını tanısın. Qırxılmış sürü 10 gün binanın yaxınlığında otarılmalıdır ki, yağışlı və soyuq havalarda sürünü tez bir zamanda tövləyə salmaq mümkün olsun. Cənub rayonlarınd a qırxılmış sürü, qızmar günəş şüasından və yüksək temperaturdan qorunmalıdır. Eləcə də qırxım aparılan yer dezinfeksiya olunmalıdır.
Qeyd edək ki, qırxımdan sonra mütləq qaydada heyvanlar baytar həkiminin göstərişi əsasında xüsusi hazırlanmış məhlulda çimizdirilməli və kölgəlidə quruması təmin olunmalıdır. Xüsusi vannalardan keçirilən heyvanların sağlamlığı (qızdırmaya görə) tam təmin edilmiş olur. Heyvanlarda qırxım işləri təsərrüfat sahibinin hesabına aparılır.
AXA bildirir ki, qoyunlarda qırxım aparılan zaman heyvanlar arasında mədə-bağırsağın peristaltikası pozulur, timpaniya əmələ gəlir, bəzən isə ölüm halları baş verir. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırılır ki, heyvanlarda qırxım aparılan zaman mütləq şəkildə baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməklə tədbirdə baytar həkiminin iştirakı təmin edilsin.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır